Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ürəyi partlayıb ölən qazinin borclu olduğu bank kimindir?

Qarabağ qazisi polkovnik Şahmurad Məmmədovun Sumqayıt Şəhər İcra Şöbəsində dünyasını dəyişməsi gündəmin əsas müzakirə mövzusudur.
 
Şahmurad Məmmədovun “Muğanbank”a 11 min manat kredit borcu olub. Məhkəmə və bank kredit borcunu Qarabağ qazisinin pensiya kartına yönəldib. Şahmurad Məmmədovun kartı bloklanıb. Qazi məsələni aydınlaşdırmaq üçün Sumqayıt Şəhər İcra Şöbəsinə gedib və orada ürəyi partlayaraq ölüb.
 
Yenicag.az xəbər verir ki, “Muğanbank” keçmiş deputat, “Odlar Yurdu” Universitenin rektoru Əhməd Vəliyevə məxsusdur. Bankın səhmdarları aşağıdakı şəxslərdir:
 
Mehdiyev Elmir Maqbet oğlu – 63,50 %
Vəliyeva Vəfa Əhməd qızı – 12,05 %
Mehdiyev Maqbet Rəhim oğlu – 13,10%
Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 %
 
Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva onun qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.
 
Bundan başqa, mətbuatda gedən məlumatlara görə, “Muğanbank”da əsas söz sahiblərindən biri də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi işləmiş, əmisi oğlu Vüqar Mahmudov olub. Bildirilir ki, Vüqar Mahmudovun “Muğanbank”da söz sahibi olması Əhməd Vəliyevin Eldar Mahmudov nazir olarkən onun himayəsinə keçməsi ilə əlaqədardır.
 
Əhməd Vəliyevin “Odlar Yurdu” Universitetində Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovun 91 illiyini qeyd etməsi, həmçinin ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaratması və tələbələrə Əhməd Mahmudov adına təqaüd verilməsi də rektorun keçmiş MTN şefinə yaxınlığı ilə izah edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Gündə Bakıda nə qədər taksi daşıması həyata keçirilir?

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Ən çox oxunanalar