Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Universitetlərdə ənənəvi tədris bərpa oluna bilər?

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edildi.

Martın 6-dan tətbiq olunmağa başlayan qərara əsasən bir sıra məhdudiyyətlər aradan qaldırıldı.

Yoluxma sayının azalması səbəbindən karantin rejiminin yumşaldılması universitetlərdə tədris ənənəvi formaya keçməsinə necə təsir edəcək?

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Trend-in sualını cavablayarkən qeyd edib ki, Azərbaycan Texniki Universitetində (AzTU) tədris hibrid formada davam edir.

"Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı tədrisin tam olaraq ənənəvi formaya keçidi Təhsil NazirliyiNazirlər Kabinetinin müvafiq qərarı ilə mümkün ola bilər. Hələlik bununla bağlı rəsmi qərar yoxdur", - deyə o əlavə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, dərslər hazırda hibrid formada davam edir.

"Tədrisin tam olaraq ənənəvi formaya keçməsi universitetlərin öz seçimləridir. Tələbə sayı çox olduğu üçün hazırda dəyişilməsi nəzərdə tutulmur", -deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, universitetdə dərslər distant yox, ənənəvi formada davam edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, karantin yumşaldılması ilə bağlı ənənəvi tədrisə keçid hazırda universitetlərdə müzakirə olunur.

"Lakin bizim universitetdə hələ bir qərar verilməyib. Təhsil NazirliyiNazirlər Kabinetinin qərarlarına uyğun olaraq bir nəticə əldə olunacaq. Hazırda dərslər hibrid formada davam edir", - deyə o qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə, hal-hazırda magistrlardə dərslər ənənvi formada aparılır. Bakalavrlarda isə mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar