Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya uzaqmənzilli raketlər 9 aya çatdırılacaq

ABŞ təxminən doqquz ay ərzində Boeing-dən Ukraynaya daha uzaqmənzilli raketlərin çatdırılmasına başlaya biləcək…

PİA.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Qeyd edək ki, ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinə daha uzaqmənzilli raketlərin daxil olacağı faktını Reuters daha əvvəl yazmışdı. Agentlik bildirib ki, söhbət “Boeing” şirkətinin istehsalı olan Yerüstü Başlatılan Kiçik Diametrli Bomba (GLSDB) raketlərindən gedir, onların uçuş məsafəsi 150 kilometrdir. Bu raketlər həmçinin Ukraynanın sərəncamında olan HIMARS qurğularından da stifadə oluna bilər.

ABŞ rəsmiləri Bloomberg-ə raketlərin yeni yardım paketinin bir hissəsi olacağını təsdiqləyiblər. Nəşrin məlumatına görə, yeni yardım paketi fevralın 3-də elan edilə bilər. ABŞ raketlərdən əlavə, Ukraynaya Claymore piyada əleyhinə minalar, Patriot sistemləri üçün avadanlıqlar və Mk 153 əl qumbaraatanları verəcək.

Bloomberg həmçinin yazır ki, Boeing-dən olan raketlər İsveçin “Saab AB” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2015-ci ildən bəri üç dəfə sınaqdan keçirilib. Onlar 130 km-dən çox uçur və hədəfi 102 santimetr sapma ilə vururlar. Bu, hazırda Ukrayna ordusunun sərəncamında olan HIMARS qurğuları üçün nəzərdə tutulan raketlərdən təxminən iki dəfə çoxdur.

Fevralın 2-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı var. O qeyd edib ki, Kiyev Qərb tərəfdaşlarına onlardan ölkə hüdudlarından kənarda hədəflərə qarşı istifadə olunmayacağına dair zəmanət verməyə hazırdır.

“Əgər 300 km məsafədən zərbə endirmək imkanımız olsaydı, Rusiya ordusu müdafiəni təmin edə bilməyəcək və məğlub olmaq məcburiyyətində qalacaq. Ukrayna silahlarınızın Rusiya ərazisinə hücumlarda iştirak etməyəcəyinə dair istənilən zəmanəti verməyə hazırdır. Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində kifayət qədər hədəflərimiz var və tərəfdaşlarımızla hədəfləri əlaqələndirməyə hazırıq”, deyə Reznikov bildirib

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Yeni nəzarətə götürdüyümüz ərazilər – Xəritə

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Ordumuz 1 kilometr irəlilədi, ruslar çıxarmağa çalışır

Əcaib qaydalar - Azərbaycana sərmayə gətirən əcnəbilər necə mane olunur?..

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

İşsizlikdən şikayətlənən "Moşu"ya vəzifə verildi

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Ən çox oxunanalar