Çərşənbə, 05 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Rusiyaya gözlənilməz zərbələri - USQ bunu necə bacarır?..

Ukrayna heç kəsin gözmədiyi halda “Moskva” krayserini batırıb, Krim aeroportunda çoxlu sayda Rusiya təyyarələrini sıradan çıxarıb…

Bəs Ukrayna bu gözlənilməz hücumları hansı silahlarla həyata keçirib?

Ukrayna Qərb vəsovet silahlarından gözlənilməz şəkildə istifadə edərək müharibə meydanında gözlənilməz uğura imza atıb. PİA.az xəbər verir ki, bu barədə The New York-a ABŞ Müdafiə Nzirliyinin nümayəndələri və hərbi ekspertlər danışıb. Belə gözlənilməz və uğurlu əməliyyatlara misal olaraq “Moskva” krayserinin batırılmasını və Krımdakı “Saka” aeroportunun vurulmasını nümunəolaraq göstərmək olar.

Moskva” krayserinin batırılması

Ukrayna Silahlı Qüvvələrinin və ABŞ kəşfiyyatının veriyi məlumata görə “Moskva” krayserinə “Neptun” raketləri ilə zərbə endirib. Bu raketlər köhnə sovet konstruksiyakarı üzərində Ukraynada hazırlanır. Yenilənmiş raketin uşuş məsafəsi artırılıb və yeni elektronika ilə təchiz edilib.

Ukrayna ahərbiçiləri Qaradəniz Donanmasının flaqmanına zərbə endirmək üçün “Neptun” raketini qeyri-adi platformada yerləşdiriblər. Raket bir, ya da bir neçə yük maşının üzərinə yerləşdirilib və Odessadan 120 km kənarda “Moskva” krayserinə əlçatan məsafədən atəşləndirilib. “Moskva” krayserinə bu üsulla zərbə endirilməsi müharibə şəraitində ilk belə təcrübə olub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hələ də “Moskva” krayserinin batırılmasını gəmidə olan sürsatın tətiklənməsi ilə əlaqələndirir.

Krıma endirilən zərbələr...

Son həftələrdə Ukrayna Krım ərazisindəki hərbi obyektlərə bir sıra hücumlar edib. Bunların ən uğurlusu Krımdakı “Saka” aeroportunun vurulması hesab olunur. Həmin hücum zamanı Rusiyanın ən azı 8 hərbi təyyarəsini itirib. Bəzi məlumatlara görə isə sıradan çıxarılan təyyarələr daha çoxdur.

Rusiya Müdafiə Nazirliyi isə həmişəki kimi “Saka” aeroportundakı partlayışın aeroportda saxlanılan sürsatın ehtiyatsızlıq üzündən tətiklənməsi ilə əlaqələndirib. Bundan bir neçə gün sonra isə Ukrayna hərbiçiləri Krımda daha bir neçə sürsat anbarını partlatdılar.

Bununla bağlı ABŞ Müdafiə Nazirliyinin əməkdaşı bildirib ki, həmin hücumları həyata keçirən xüsusi təyinatlılar və partizanlar bu hücumlar zamanı da “əldəqayırma” silahlardan istifadə ediblər. Bundan başqa ABŞ və Ukrayna bütün kəşfiyyat məlumatlarını paylaşdıqları halda “Saka” aeroportuna hazırlanan əməliyyatla bağlı Pentaqonu məlumatlandırmayıblar.

Bəs Ukrayna əlində olan silahlardan maksimum nəticələri necə əldə edir?

Hər kəsi təəccübləndirən “Bayrakdar”...

Məlumata görə USQ “Bayrakdar” dronlarından istifadə məharəti ilə hər kəsi təəccübləndiirir. Rusiya silah anbarlarının məhv edilməsində “Bayrakdar”ların imkanlarından maksimum istifadə olunur və əsas zərbələr də məhz “Bayrakdar”lar vasitəsi ilə havadan endirilir. “Bayrakdar”ları hədəfdən yayındırmaq üçün isə ucuz dronlardan həmin hədəflərə qumbaralar atılır. son zərbəni isə diqqətdən yayınan “Bayrakdar”lar endirir.

Türkiyə pilotlarını istehsal edən “Baykar” şirkətinin icracı direktoru Haluk Bayraktar bildirib ki, o, Ukrayna hərbiçilərinin onların hava hücum sistemindən “maksimum şəkildə yararlana bilmələrinə heyrandır”.

ABŞ hərbiçiləri isə Rusiya Havadan Müdafiə Sisteminin hələ də “Bayrakdar”larla başara bilməməsinə təəccüb edirlər. Onlara görə Rusiya havadan müdafiə qurğularında PUA-lardan müdafiə sistemi yoxdur.

Sovet təyyarələrində ABŞ raketləri...

Ukrayna hərbiçiləri ABŞ-ın Havadan Müdafiə Sistemlərini vurmaq üçün Kiyevə verdikləri HARM raketlərini sovet istehsalı olan MiQ-29 təyyarərində istifadə etməyə başlayıblar. “Bunu daha əvvəl heç kim etməyib”, deyə Pentaqondakı yüksək rütbəli məmur bildirib. HARM raketləri Ukraynada olan texnikaların heç birinə uyğun deyil. Buna baxmayaraq Ukrayna hərbiçiləri raketlərin ötürücülərini elə dəyşməyə nail olublar ki, həmin raketləri MiQ-29 təyyarərindən atəşləmək olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev kimdir? – Dosye

İntiqam Cümşüdov Xətai icra başçısının müavini təyin ediləcək? - Oliqarx məmur olimpə doğru...

İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - Yenilənib

Bakıda ikiqat ölüm: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqlayıb - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlanıb

Ağdamda qızlarını döyüb qətlə yetirməkdə şübhəli bilinən valideynlərin məhkəməsi başlayır

İdman nazirinin dostu Rafael Hacıbəylinin “prava”sı alınır: Qalmaqallı hakimin oğlu məhkəmə qarşısına çıxacaq

Bakıda zavodda zəhərlənən işçilərin vəziyyəti açıqlandı

Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib

Ən çox oxunanalar