Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusu Donetsk istiqamətində Rusiyanın müdafiə xəttini yarıb...

Rusiya teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində irəliləyişə nail olduğunu bildirib...

“DXR”in keçmiş müdafiə naziri İqor Strelkov və Rusiyanın bir sıra hərbiyönlü kanalları Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin cənub-şərqindəki Staromayorskoye kəndini nəzarətə götürdüyünü bildiriblər. Əgər bu məlumat təsdiqini taparsa, o zaman Ukrayna ordusunun qarşısında Rusiya ordusunun bu ərazidəki açarı olan Staromlinovka kəndinə gedən yol açılacaq.

Poliqon xəbər verir ki, səhər saat 11-də “DXR”-in keçmiş “müdafiə naziri” İqor Strelkov Ukrayna Silahlı Qüvvələri tərəfindən Staromayorskoye kəndinin tutulduğunu elan edib.Strelkov yazır ki, bu kənd Vremyevski çıxıntısının cənubunda yerləşir və artıq Ukrayna qüvvələri tərəfindən tamamilə mühasirəyə alınmış vəziyyətfə idi.

Rusiyanın ən iri hərbi telegqram kanallarından biri olan “Военкоры Русской Весны” kanalı və Krımdan olan hərbi bloger Vladimir Romanov da Strelkovun məlumatını təsdiqləyib. Hərbi müxbirlər qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri kütləvi artilleriya zərbəsindən sonra əvvəlcə meşə zolaqlarından keçərək kəndə, sonra isə ağır döyüşlərin davam etdiyi kəndin şimal hissəsinə daxil ola bilib.

Bəzi bloggerlər Ukrayna ordusunun hücumunun dəf edildiyini bildiriblər. Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin hərbi jurnalisti Aleksandr Sladkov gecə saatlarında kəndə uğursuz hücumun olduğunu bildirib. Hərbi bloger Boris Rojin yazıb ki, düşmən kəndin kənarından qovulub. Rusiyanın “Военный осведомитель” kanalının məlumatına görə, düşmən rus ordusu ilə artilleriya ilə bağlı “problemlər”ə görə axşam saatlarında zirehli texnika ilə kəndə soxula bilib və Ukrayna piyadaları artıq kənddə möhkəmlənib. Lakin kanal yazır ki, sonradan Ukrayna hərbçiləri geri çəkilib.

Rusiyanın “Rıbar” teleqram kanalı saat 13:00-da Ukrayna Silahlı Qüvvələrinin Staromayorskoye kəndinin şimalında uğurlu irəliləyişi və daha sonra rus qoşunları tərəfindən oradan çıxarılmasi barədə məlumat yayıb. “Rıbar”ın yazdığına görə, kənd düzənlikdə yerləşir, ona görə də ona bitişik yüksəkliklərə nəzarət etmədən hücumu həyata keçirmək çətindir və Ukrayna birləşmələri indi bu təpələri ələ keçirməyə çalışır.

Rusiya Müdafiə Nazirliyi bazar günü Ukraynanın Donetsk istiqamətində 15 hücumunun uğurla dəf edildiyini və Staromayorski yaxınlığında, Priyutnoye və Rovnopol kəndləri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasının məhv edildiyini açıqlayıb.

Kiyev Staromayorskidəki vəziyyəti şərh etməyib.

Bəs Staromayorski kəndinin Ukrayna ordusunun nəzarətinə keçməsi nəyi vəd edir? Hərbi bloger Vladimir Romanov qeyd edir ki, kəndin tutulması ukraynalıların Urojaynoye və Staromlinovka kəndlərinə yol açacaq. Bu isə faktiki olaraq həmin istiqamətdə Rusiya müdafiə xəttinin yarılması anlamına gələcək.

Strelkov baş verənləri “düşmənin taktiki uğuru” kimi qiymətləndirib. O, bildirib ki, Ukrayna ordusunun bu uğuru davam etdirə mümkün olub-olmayacağı, bir neçə gün ərzində bəlli olacaq.

Mənbə: “Aqentstvo” nəşri

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Tovuzda avtomobil çaya düşüb - iki nəfərin axtarışları aparılır

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Ən çox oxunanalar