Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlandı - Video

Azərbaycan Televiziyası TV məkanında ilk dəfə Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün yanında veriliş hazırlayıb və yayımlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, politoloq Tofiq Abbasovun təqdimatında efirə gedən verilişin mövzusu son günlərin əsas hadisələri – Hərbi Qənimətlər Parkının açılışı və ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans olub.

Tanınmış jurnalist, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bu kimi verilişlərin vacibliyindən danışıb. Bildirib ki, son illər AzTV maraqlı verilişlərlə gündəmə gəlir:

“Heç kimə sirr deyil ki, əvvəllər AzTV-nin izləyicisi az idi. İndi bu kimi maraqlı verilişlərlə kanal itirilmiş izləyicini geri qazanıb. AzTV xalqımızın tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən verilişlər yayımlayır. Bu dəfə AzTV-nin teleməkanda ilk dəfə olaraq Xudafərin körpüsünün yanından veriliş yayımlamasını əlamətdar hadisə hesab edirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar