Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistanda SOCAR-ın ofisi açılıb - Yenilənib

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb...

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin Türkmənistandakı nümayəndəliyinin açılışı mərasimində çıxışı zamanı bildirib.

M.Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb.

2023-cü ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu qeyd edən nazir “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin açılmasının xüsusi əhəmiyyət daşıdığını ifadə edib. M.Cabbarov iki ölkə arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədin münasibətlərin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb. Nazir açılışda əməyi keçən hər kəsə təşəkkür edərək nümayəndəliyə fəaliyyətində uğurlar arzulayıb.

Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev tədbirdə çıxış edərək nümayəndəliyin açılışı münasibətilə təbriklərini çatdırıb. A. Beqliyev nümayəndəliyin ölkələr arasında enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayəndəliyinin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. SOCAR və Türkmənistanın enerji şirkətləri arasında mövcud əməkdaşlıqdan bəhs edən R. Nəcəf yeni nümayəndəliyin açılışının əhəmiyyətini vurğulayıb.

Tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar.

***

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə M.Cabbarov bildirib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar