Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə şüddətli döyüşlər - Şəhidlər var

Türkiyə ordusu yenidən şəhid verib


Anspress-in məlumatına görə, Diyarbakırın Licə qəsəbəsində davam edən əməliyyatlar zamanı terrorçularla baş verən atışma zamanı ordunun iki əsgəri ağır yaralanıb. Yaralı hərbçilər dərhal xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki əsgər xəstəxanada dünyasını dəyişib.

Türkiyənin ordusunun baş qərargahından məlumat təsdiqlənib və bildirilib ki, bölgədəki terrorçuların zərərsizləşdirilməsi üçün həyata keçirilən genişmiqyaslı əməliyyatlar davam etdirilir.

İki gün əvvəl də Türkiyə günə şəhid xəbərləri ilə başlayıb. Antiterror əməliyyatları keçirilən Mardin əyalətində PKK terroçuları hərbi maşını atəşə tutub. Mardinin Derik rayonuna bağlı Soğukkoyu kəndinə əməliyyatlar üçün gedən hərbçi dolu avtomobilə terrorçular hücum edib. Hadisə nəticəsində iki hərbçi şəhid olub.

Hakkaridə isə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Hakkari-Çukurca magistral yolunda yola quraşdırılan bombanın aşkarlanaraq zərərsizləşdirilməsindən sonra bölgədə əməliyyatlar başlayıb. Tələ quran PKK terrorçuların açdığı atəş nəticəsində 4 hərbçi dünyasını dəyişib.

Həmin hadisədən bir gün əvvəl də Mardində bomba yüklü avtomobil Jandarma məntəqəsinin yaxınlığında partladılıb.

Patlayış nəticəsində hadisə yerinin yaxınlığından keçən TIR sürücüsü və ikisi dinc sakin olmaqla 5 nəfər yaralanıb. Yaralananlar arasında polislərin də olduğu bildirilirdi. Terror aktı PKK silahlıları tərəfindən törədilib.

Avtomobil uzaqdan idarə olunan bomba ilə partladılıb. Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb. Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Ən çox oxunanalar