Çərşənbə axşamı, 06 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə PUA-nın buraxılan, lazerlə idarə olunan mini raketi sınaqdan keçirib - Video

Türkiyənin ROKETSAN şirkəti lazerlə idarə olunan “Mete” mini raketini sınaqdan keçirib...

Poliqon xəbər verir ki, bu barədə Anadolu Agentliyi tərtibatçı şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Raket PAVO Group müdafiə şirkəti tərəfindən hazırlanmış “Gök Alp” pilotsuz hava sistemindən istifadə edilməklə atılır. Məlumata görə, kütləvi istehsala başlamazdan əvvəl “Mete” raketinin testləri son mərhələyə çatıb.

“Gök Alp” pilotsuz sistemi ən çətin şəraitdə fəaliyyət göstərə bilir. O, elə qurulub ki, ona düşmən faktorları təsir edə bilmir. Bu effekt “Gök Alp”ın 13 kq yük daşıma qabiliyyəti və 35 dəqiqəlik uçuş müddəti, həmçinin təchiz etdiyi qabaqcıl texnologiya sayəsində əldə edilir.

“Mete” lazerlə idarə olunan mini raket sistemi yeni nəsil 40 mm-lik qumbaraatanlardan istifadə etməklə buraxıla bilir. O, adi qumbaraatanlar üçün mövcud sursatların maksimum diapazonunu aşan təsirə malikdir.

Tək bir heyət üzvü tərəfindən qumbaraatandan atəş açıla bilən “Mete” mini pilotsuz uçuş aparatları, pilotsuz yerüstü nəqliyyat vasitələri, pilotsuz dəniz vasitələri və quru nəqliyyat vasitələrinə yerləşdirmək üçün nəzərdə tutulub. Yüngül çəkili və kiçik ölçülüdür.

PAVO Qrupunun İdarə Heyətinin sədri Alper Özbilenin sözlərinə görə, “Mete” İHA konsepsiyasına uyğun olaraq “Gök Alp” İHA sisteminə uğurla inteqrasiya olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yaşıllığa qənim kəsilən deputat Ağalar Vəliyevin qalmaqallı tarixçəsi

Azərbaycanda bəzi cərimələr artırılır - Siyahı

Ukrayna əks-hücum kimi görünən hücumlara başlayıb...

Türkiyədə seçkidən bir gün əvvəl mayor ölkəni qarışdırıb, MİT hərəkətə keçib...

Baba Pünhanın qızı Elşən Binəqədini ittiham etdi - Video

Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"

Ukraynada Kaxovka SES-in bəndi məhv edilib - Video

Putinin peyğəmbərliyi: Kaxovka SES-in partladılmasından sonra FTX “çirkli bomba” tapıb...

Musa Avsevər Türkiyə SQ-nin Baş Qərargah rəisi təyin edilib

Sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtinaya görə cərimə artırılır...

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib

Ən çox oxunanalar