Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tunis AP nümayəndə heyətinin ölkəyə girişini qadağan etdi

Tunis çərşənbə günü axşam ölkəyə rəsmi səfər etməyi planlaşdıran Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin Maykl Qalerin başçılıq etdiyi nümayəndə heyətinə girişinə qadağan edib...

Poliqon bu barədə “Politico”ya istinadən xəbər verir.

"Bu nümayəndə heyətinə ölkəyə daxil olmağa icazə verilməyəcək", hökumətin Avropa İttifaqının Tunisdəki nümayəndəliyinə ünvanlanan məktubunda deyilir.

Mətndə qeyd edilir ki, bu addım Avropa Komissiyasının (AK) Avropaya miqrasiya axınının dayandırılması üçün iyul ayında Tunislə mübahisəli razılaşma əldə etməsindən sonra atılıb.

AP nümayəndə heyəti ölkəyə giriş qadağasını pisləyib və hakimiyyətdən izahat tələb edib.

"Bu, 2011-ci ilin demokratik inqilabından bəri görünməmiş bir davranışdır", deyə bəyanatda bildirilir.

Tunis hakimiyyəti bu qərarın niyə verildiyini izah etməyib, lakin iki parlament rəsmisi hökumətin bir sıra Avropa Parlamentinin deputatlarının ölkədəki demokratiyanın vəziyyəti ilə bağlı verdiyi bəyanatlardan incidiyini iddia edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar