Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp vəd verdi: HƏMAS-ı dəstəkləyən miqrantları ölkədən qovacaq

Tramp yenidən prezident olarsa yəhudilərə qarşı olanları ölkədən çıxaracaq...

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə HƏMAS-a rəğbət bəsləyən, həmçinin “İsrailin mövcud olmaq hüququnu” inkar edən miqrantların ölkəyə girişini qadağan edəcəyinə söz verib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Bundan əlavə, Tramp antisemit olan əcnəbi tələbələrin vizalarını ləğv edəcəyinə söz verib. Dövlət başçısı vəzifəsinə namizəd miqrantların saxlanılması və deportasiyası üçün Fələstin tərəfdarı aksiyalara hüquq-mühafizə orqanlarının nümayəndələrini də göndərmək niyyətindədir.

“İsrail dövlətini ləğv etmək istəyirsinizsə, ABŞ-a daxil olmaqdan diskvalifikasiya olunursunuz, əgər HƏMAS və ya HƏMAS-ın arxasında duran ideologiyanı dəstəkləyirsinizsə, diskvalifikasiya edilirsiniz, əgər kommunist, marksist və ya faşistsinizsə, diskvalifikasiya olunursunuz”, deyə Tramp bildirib.

Bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, o, İsraili təcavüzdən qoruya biləcək dövlət başçısı postuna yeganə namizəddir:

“Mən İsrailin təhlükəsizliyini təmin etdim, bunu unutmayın. Mən İsraili təhlükəsiz saxladım... Bunu başqa heç kim etməyəcək, başqa heç kim edə bilməz və mən bütün oyunçuları tanıyıram”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar