Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp-Ərdoğan danışığının detalları məlum oldu - Təfərrüat

Ağ Ev prezidenti Donald Trampın dekabrın 14-ündə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı ordusunu Suriyadan çəkməsi ilə bağlı qərarı hər kəsi təəccübləndirib

PİA.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Associated Press" xəbər agentliyinin manşetində xüsusi yer ayrılan bu xəbərdə danışıqları detalları açıqlanıb.

Qeyd olunur ki, telefon danışığından öncə Trampa Ərdoğanı əməliyyatlardan çəkindirmək üçün bir sıra nüansların qeyd olunduğu siyahı təqdim olunub. "Associated Press"in məlumatına görə, Ərdoğan bütün bunlara məhəl qoymayaraq arqumentlərini səsləndirib. O bildirib ki, ABŞ-ın tək məqsədi İŞİD-i məğlub etmək olmalıdır. Həmçinin söhbət əsnasında Türkiyə prezidentinin Ağ Ev rəhbərinə xatırlatma edərək artıq İŞİD-in 99 faizin məhv edildiyini bildirib.

"Niyə hələ də ordasınız? İŞİD-in qalan hissəsi ilə özümüz mübarizə aparıb, onları zərərsizləşdirəcəyik", - deyə Ərdoğanın telefon danışıqları zamanı fikir bildirdiyi söylənilib.

İngilis mediasının xəbərində qeyd olunub ki, telefon danışığından sonra Tramp ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltona, Ərdoğanın dedikləri doğrudursa, niyə bizim qüvvələrimiz hələ də ordadır, deyə sual verdiyi qeyd olunub.

İngilis mediasının xəbərində, həmçinin o da qeyd olunur ki, Con Bolton ABŞ qüvvələrinin Suriyadan geri çəkilməməsi üçün Donald Trampa təsir etmək istəsə də, onun qərarını dəyişdirə bilməyib.

Xatırladaq ki, dekabrın 14-ündə telefon danışıqları zamanı ABŞ ordusunun Suriyadan geri çəkilməsi ilə bağlı qərar verilsə də, hələ ki, bunun nə zaman və necə baş verəcəyi ilə bağlı heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqlarından sonra reallaşan mobil ünsiyyətin son nəticəsi isə həm Ərdoğanı, həm də Con Boltonu təəccübləndirib.

pia.az


Etiket: Ərdoğan Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar