Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ağ Evdə necə yaşayır? – “The New York Times”


«The New York Times» qəzeti yeni ABŞ prezidenti Donald Trampın Ağ evə öncə həyəcan və qorxuyla yanaşdığını, amma indi çox şeydən xoşlandığını yazır


 Bu haqda qəzetə prezidentin köməkçiləri, sonra da özü danışıb.

Məsələn, D.Tramp Ağ evdəki telefonları çox bəyəndiyini deyib: «Bunlar həyatımda gördüyüm ən gözəl telefonlardır».

«ƏN TƏHLÜKƏSİZ SİSTEM»

Prezidentin xoşuna gələnlərdən biri də yeni evindəki təhlükəsizlik sistemidir: «Dünyanın ən təhlükəsiz sistemi… sözlər də ağızdan çıxan kimi partlayır», – prezident gülərək əlavə edib. Bununla o, danışdıqlarını kimsənin qeydə almadığına, kimsənin onu dinləmədiyinə işarə edib.

«The New York Times» D.Trampla onun Ağ evdə keçirdiyi 5-ci gün söhbət edib. Prezident burda da səhər rejiminin «Trump Tower»dəkindən fərqlənmədiyini, hər səhər saat 6-da oyandığını, televizora baxdığını (Ağ evə ilk dəfə kabel televiziyası çəkilib), sonra Ağ evin sol qanadındakı kiçik yemək otağına keçdiyini, qəzetləri – «The New York Times», «The New York Post», indi həm də «The Washington Post»u gözdən keçirdiyini söyləyib.

Ancaq Ağ evdə toplantılar, D.Trampın dediyinə görə, onun öyrəşdiyindən tez – səhər saat 9-da başladığından o, televizora əvvəlki kimi çox baxa bilmir. Əvəzində, kitab oxumadığına görə axşamlar prezidentin televizora çoxlu vaxtı qalır.

Aradakı vaxt ərzində D.Tramp sərəncamlara imza atdığını, toplantılar keçirdiyini deyir.

«YAMAN ÇOX İCLAS VAR»

«Yaman çox iclas zalı var», – D.Tramp «The New York Times»a Ağ ev haqda danışanda belə deyib. Qəzet prezidentin Kabinet otağı və Ruzvelt otağını nəzərdə tutduğunu ehtimal edir.

Müəllif Ağ evin D.Trampın gecələdiyi ən məşhur tikili, həm də onun öz mülklərindən sonra yeganə məşhur tikili olduğunu qeyd edir və bunun ona çox təsir etdiyini yazır. Öz mülkü də ekstravaqant və qızılı əşyalarla dolu olsa da, D.Tramp köməkçilərinə Ağ evin əzəmətindən vəcdə gəldiyini, geniş otaqların bu başından o başına xeyli məsafə qət etməli olduğunu deyib.

Qəzet yeni prezidentin, hələ ki, daha çox Oval kabinetdə işləməyə, ya da oturub tamaşa etməyə üstünlük verdiyini yazır. Onun komandasının və ailəsinin üzvləri də belə edirlər. «Yanıma gələnlərin də burda bir qədər qalmaq, tamaşa etmək istədiyini görürəm», – D.Tramp belə deyib.

BU REJİMƏ ÖYRƏNCƏLİDİR

«The New York Times» yazır ki, yaşadığı yerdə işləmək D.Trampa sələfləriylə müqayisədə daha asan olacaq. Çünki o, eyni binada yaşayıb-işləməyə 10 illərdir öyrəşib. D.Tramp hər gün «Trump Tower»in 58-ci mərtəbəsində yerləşən mənzilindən aşağı – 26-cı mərtəbədəki kabinetinə düşür, Mərkəzi Parka baxan iş otağına keçirmiş.

Keçmiş prezidentlərdən bəziləri Ağ evdə «dustaq» kimi qaldıqlarına etiraz ediblərmiş. Məsələn, Corc Buş havaya çıxmaqdan ötrü darıxdığını deyirmiş. «Amma cənab Tramp günlərlə təmiz hava almadan qala bilər», – «The New York Times» belə yazır.

Qəzet yeni prezidentin xanımı Melaniyanın elə inauqurasiyadan bir gün sonra 10 yaşlı oğlu Barron-u da götürüb Nyu-Yorka qayıtdığını xəbər verir: «Beləliklə, D.Trampın dostu televizor və köməkçilərinin etirazlarına baxmayaraq, köhnə və heç də təhlükəsiz olmayan Android telefonudur».

Tərcümə Azadlıq Radiosunundur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar