Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və Komissiyaya sədrlik Azərbaycana ötürülüb...

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda TRACECA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İqtisadiyyat naziri, TRACECA Hökumətlərarası Komissiyasının yeni sədri Mikayıl Cabbarov Azərbaycanın sədrliyi dövründə qurumun daha da inkişaf edəcəyinə, TRASCECA-nın regionda aparıcı nəqliyyat dəhlizi kimi güclənəcəyinə əminliyini ifadə edib.

Mikayıl Cabbarov “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası çərçivəsində aparılan müzakirələrin təşkilatın möhkəmlənməsində və üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb. Bildirilib ki, TRACECA çərçivəsində görülən genişmiqyaslı işlər Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilib və regionun nəqliyyat xəritəsini formalaşdırıb.

Sonra TRACECA-nın Baş katibi Mirça Çiopraqanın TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 13-cü iclasından keçən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib.

TRACECA-nın Azərbaycan üzrə Milli Katibi Akif Mustafayev Avropa-Qafqaz-Asiya dəhlizinin böyük imkanlarının olduğunu qeyd edib, ölkəmizdə nəqliyyatın inkişafı və şaxələndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Üzv və müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Əsas Çoxtərəfli Saziş üzrə qərar və tövsiyələrin icrasına dair məlumat verib, üzv ölkələr tərəfindən həyata keçirilən qlobal miqyaslı təşəbbüslərin regionu mühüm nəqliyyat qovşağına çevirdiyini qeyd ediblər.

İclasda beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, TRACECA-nın strateji əhəmiyyətli layihələrin reallaşdırılması baxımından önəmli platforma olduğunu və regionun tranzit cəlbediciliyini artırdığını diqqətə çatdırıblar.

Tədbirdə Komissiyanın 2016-2026-cı illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizinin inkişafı Strategiyasının 2018-2021 il üzrə Tədbirlər Planının icra vəziyyəti, 2018-ci il üzrə beynəlxalq avtomobil daşımalarına dair TRACECA-nın icazə sisteminin hesabatı, digər üzv ölkələrin TRACECA multimodal daşımalarının inkişafı haqqında Sazişə qoşulması və digər məsələlər barədə müzakirələr aparılıb.

Komissiyanın iclası çərçivəsində TRACECA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiq edilib və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibliyinə seçkilər keçirilib. (oxu.az)

pia.az


Etiket: TRACECA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Ən çox oxunanalar