Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda Vəkil Bürosunun rəhbəri və vəkil nüfuz alverində ittiham olunur, cinayət işi başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyası birgə məlumat yayıb...

Baş Prokurorluqdan daxil olan məlumatda bildirilib ki, Tovuz rayon Vəkil Bürosunun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və həmin qurumun vəkili Əliyev Süleyman Hüseynqulu oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Abdullayevin 2023-2024-cü illər ərzində ayrı-ayrı hallarda birbaşa və Süleyman Əliyevlə qabaqcadan əlbir olmaqla məhkəmənin icraatında olan müxtəlif cinayət və mülki işlər üzrə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanında olmasını vətəndaşlara bildirməklə müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaiti tələb etməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Abdullayev və Süleyman Əliyev Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay