Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Titanda təyyarə və Ayda boru kəmərləri - NASA hansı kosmik layihələr üzərində işləyir?

NASA digər planetlərdə və peyklərdə həyata keçirilə biləcək 14 maraqlı layihə üzərində çalışır...

Kosmik tədqiqatların gələcəyi bəzən çox qeyri-adi texnoloji həllər tələb edir və NASA kosmik layihələrini təqdim etmək üçün müxtəlif şirkətlərə və alimlərə müraciət edir. Bu günə qədər NASA ilkin tədqiqata layiq 14 layihə seçib və bu layihələr artıq tədqiqat pulu ayrılıb.

PİA.az xəbər verir ki, Gizmodo nəşri onlardan bəziləri ilə tanış olmaq imkanı yaradıb.

NASA 14 kosmik layihə seçib və bu layihələrin hər birinə gələcək inkişaf üçün başlanğıc olaraq 175.000 dollar ayrılıb. Bu layihələrdən bəziləri 9 ay ərzində əlavə maliyyə alacaq. Ancaq 2 ildən sonra bu layihələrin hansının kosmosda mümkün tətbiqi müəyyən eiləcək və texnoloji həllər seçiləcək.

Bəs, alimlər Günəş sisteminin digər planet və peyklərində hansı texnoloji yenilikləri tətbiq etməyi təklif edirlər?

Gizmodo nəşri bildirir ki, “AirTitan” layihəsi alim Quinn Morley tərəfindən təklif edilib və bu layihə Saturnun peyki Titan üzərində uçacaq avtonom təyyarənin yaradılmasını nəzərdə tutur. Layihəyə görə, bu təyyarə təkcə Titanın sıx atmosferində hərəkət edə bilməyəcək, həm də onun metan göllərində üzə biləcək.

Bu cihaz canlı orqanizmlərin mənşəyini göstərə bilən üzvi kimyanın potensial əlamətlərini axtarmaq da daxil olmaqla elmi tədqiqatlar apara biləcək. Kosmik agentliyin DaragonFly helikopterini Titana uçmaq üçün hazırlamasına baxmayaraq, NASA bu layihədə maraqlıdır.

Yeni Yer axtarmaq üçün peyklər

Yeni GO-LoW kosmik rəsədxanası üçün layihə Massaçusets Texnologiya İnstitutundan Meri Knapp tərəfindən təklif edilib. Bu kosmik rəsədxana Yer-Günəş sisteminin beşinci Laqranj nöqtəsində yerləşəcək minlərlə eyni peykdən ibarət olacaq.

GO-LoW adlı yeni kosmik rəsədxananın layihəsi Massaçusets Texnologiya İnstitutundan Meri Knapp tərəfindən təklif edilib.

Bu peyk massivi uzaq ekzoplanetlərin maqnit sahələrini öyrənə və Yerə bənzər qayalı planetləri tapa biləcək.

Ayda oksigen boru kəməri

Hələ 2025-ci ildə NASA Aya astronavt endirməyi planlaşdırır və bundan sonra peykimizdə ilk daimi baza yaratmağa başlayacaq. İnsanın Ayda uzunmüddətli qala bilməsi üçün yerli resurslardan istifadə etmək lazımdır. Məsələn, Ay reqolitindən və ya su buzundan oksigeni çıxarmaq mümkündür.

Lunar Resources mühəndisi Peter Curreri Ayın Cənub Qütbündə su buzunun çox hissəsinin yerləşdiyi yerdə boru kəməri çəkməyi təklif edir.

Amma bu oksigenin daşınması prosesi çox baha başa gələ bilər. Məsələn, bu, oksigenin çıxarılma yerindən xüsusi çənlərdə Aydakı texnikadan istifadə edərək bazanın özünə və ya onun emalı üçün zavoda daşınması gərəkir.

Ancaq “Lunar Resources” şirkətinin mühəndisi Peter Curreri Ayın Cənub Qütbündə su buzundan bazaya boru kəməri çəkməyi təklif edir. Belə bir boru kəməri Ayda məskunlaşanların oksigenə daimi çıxışını təmin edəcək, həmçinin müxtəlif əsasları və Aydakı bütün yaşayış məntəqələrini birləşdirə biləcək.

Marsda kərpic yetişdirmək

Nebraska Universitetinin alimi Konqrui Qreys Jean tikinti materiallarını Yerdən göndərməkdənsə, Marsda yetişdirməyi təklif edir.

Məskunlaşanlar Marsda infrastrukturlar qurmalı olacaqlar, lakin bunun üçün daima kosmik yük gəmilərinin onlara lazım olan hər şeylə göndərilməsi tələb olunacaq və bu, çox baha başa gəlir. Alim Mars reqolitini tikinti kərpicinə yapışdırmaq üçün biomineral və polimerlər istehsal edə bilən mikrobların böyüdülməsini təklif edir.

Bu konsepsiyalar hələ NASA-da nəzərdən keçirilməsinin ilkin mərhələsindədir və ekspertlər onların həyata keçirilə bilməyəcəyinə qərar versələr, o zaman onlar yalnız ideyalar səviyyəsində qalacaqlar.

Ölçüsü Yerə bənzəyən planetlərə gəlincə, alimlər belə yeni obyekt aşkar ediblər. Bu planetdə su ola bilər. Planet Yerdən cəmi 5% kiçikdir və praktiki olaraq yaxınlıqdadır. Bu ekzoplanet bizdən 100 işıq ili uzaqdadır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar