Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb müəssisəsinin şöbə müdiri barəsində cinayət işi məhkəməyə göndərilib

Baş Prokurorluq məlumat yayıb...

Tibb müəssisəsinin şöbə müdiri barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Vərəm şöbəsinin müdiri Xanış Abbasovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaq zamanı Xanış Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldığı rüşvət müqabilində saxtakarlığa yol verərək şəxsin xəstəxanada guya stasionar qaydada müalicə almasına dair xəstəlik tarixindən çıxarış təqdim etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Xanış Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar