Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təvəllüdü Quran kitabına yazılan Xalq şairi

“Maraqlı adam” layihəsindən Xalq şairi Rəsul Rza haqqında əhvalat və faktları təqdim edirik

Rəsul Rzanın atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanırmış. Atası İbrahim əyalətdə - Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı.

Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürür, sonacan "Rza" qalsa da, əslində familiyası Məmmədxanlı idi.

***

Doğum tarixi haqda dəqiq məlumat yoxdur. Özü tərcümeyi-halında yazır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.

***

Anasının şairlik təbi varmış. Oxumağı bilirmiş, ancaq yazmağı yoxmuş. Şeirləri sinədən deyirmiş. Rəsul Rza bu haqda yazır: “İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şeirə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir”.

***

Uşaq vaxtı həm oxuyurmuş, həm də anasına kömək edirmiş. Məktəbdə oxuduğu zamanlar həm də kitabxanada işləyirmiş. Gəncədə texnikuma qəbul olunandan sonra isə oxumağa gedə bilmir. Anasının yanına qayıdır. Evdə onun köməyinə ehtiyac varmış...

***

Şeirlərindəki novatorluq qəbul olunmurdu. Bu yenilikçi təfəkkür rədd edilir və köhnə qəlibdən çıxa bilməyən şairlər onu sıxma-boğmaya salırdılar.

***

Müharibə illərində sarsıntılar keçirirmiş. Deyilənə görə, qorxunc bir müharibə axşamında hər ehtimala qarşı vida məktubu yazaraq şüşəyə tullayıb və kiminsə rastına çıxacağı ümidiylə dənizə atıb.

***

Səməd Vurğunla münasibətlərinin gərgin olması barədə müxtəlif söz-söhbətlər var. Bu gərginliyin səbəbinin estetik dava olduğu deyilir. Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub. Oğlu Anar yazır:

“Atamın bir söhbəti də yadıma gəlir: “Bir dəfə Səməd mənə: sən kişisən – dedi - sənin yanında filankəs mənim barəmdə hərzə danışanda ağzından vurmusan”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Atam deyirdi ki, doğrudan belə bir məsələ olmuşdu və bunu Səmədə söhbətdə iştirak edən üçüncü bir adam çatdırıbmış. Amma Səməd Vurğun həmin o filankəsin ünvanına ana söyüşü söymək istəyib, atam qoymayıb və Səməd: Sən indi də kişi kimi hərəkət edirsən - deyib”.

***

Günlərin birində Rəsul Rzadan soruşurlar:

- Səməd Vurğunla yola getmirsiniz. Səbəb nədir?

Rəsul Rzanın cavabı:

- Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.

***

Rəsul Rza Qazaxda Molla Vəli Vidadinin qəbrinin üstündə aşıqların çalıb-oxumağına etiraz edib.

- Bəsdirin, ayıbdı, qəbiristanlıqda çalıb-oynamayın.

Kimsə yerində donquldanıb:

- Bu göygöz “narodnunu” kim gətirib bura?

***

Səməd Vurğunla gərgin şeir mübahisələrinin birində məclisdən çıxandan sonra bir-birilərindən övladlarının hal-əhvalını soruşublar. Halbuki orda iştirak edənlər düşünüblərmiş ki, bu davadan sonra heç bir-birilərinə salam da verməzlər.

***

Rəsul Rza Səməd Vurğunla bağlı maraqlı bir etirafı da olub. Deyib ki, Səməd Vurğunun müasirlərindən fərqini görmək üçün fotolara diqqətlə baxın. Hamı şəkil çəkdirəndə onun başına yığışıb.

***

Rəsul Rzanın bir xasiyyəti vardı. Kimsə sözü yerində işlədə bilməyəndə əsəbiləşirdi və dərhal ona düzəliş edirdi. Bir dəfə Yazıçılar Birliyinin iclaslarının birində çıxışçı “Rəsul müəllimin həyat yoldaşı Nigar xanım” deyəndə Rəsul Rza tez onun sözünü kəsir:

- A kişi, nə Rəsul müəllimin həyat yoldaşı? Denən, Rəsul Rzanın arvadı! Adamın o qədər həyat yoldaşı var ki... Yol yoldaşı, iş yoldaşı, nə bilim, məslək yoldaşı... Kimə yoldaşlıq eləyirsənsə, o sənin həyat yoldaşın olur. Arvad sözünün isə bircə mənası var.

***

“Azərdövlətnəşrkom”un sədri İsrafil Nəzərov bir neçə dəfə Rəsul Rzanın yanında yalançı çıxıb. Günlərin birində ona zəng edib özünü təqdim edəndə Rəsul Rza zarafatla soruşur:

- Kimdi danışan?

- Rəsul müəllim, mənəm, İsrafil!

Rəsul Rza:

- Hə... Deyirəm, birdən adını da yalan deyərsən e...

***

Yazıçılar Birliyində ədəbi məclis... Rəsul Rza Məmməd Rahimin şeirlərini tənqid edir. Məmməd Rahim tribunaya çıxıb üzünü Rəsul Rzaya tutur:

- Rəsul, bilmirəm sən niyə hər dəfə mənimlə kəllə-kəlləyə gəlirsən?

Rəsul Rza təmkinini pozmur:

- Məmməd müəllim, mənimki kəllə deyil.

***

Bildiyiniz kimi, şairə Nigar Rəfibəyli Rəsul Rzanın həyat yoldaşı olub (arvadı – Rəsul Rzanın düzəlişi ilə - red.) Nigar xanım xəstə olanda Rəsul Rza dünyasını dəyişib. Şairin ölümünü hamı Nigar xanımdan gizlədibmiş. Nigar Rəfibəyli Rəsul müəllimin Moskvada olduğunu düşünürmüş. Və ölənə qədər də elə bilib.

***

Rəsul Rza dilimizə yeni sözlər də gətirib. “Çimərlik”, “İşıqfor”, “Çilək” və s. Eyni zamanda Anar sözünü də o yaradıb və oğluna ad kimi qoyub. Bildiyiniz kimi, bu söz dilimizin “anmaq” felindən götürülüb. Anar bu gün Azərbaycanda ən çox qoyulan adlar siyahısındadır.

***

Oğlunun 14 yaşında yazdığı ilk yazısını oxuyanda deyib: “Sən də artıq yazıçı oldun”.(Kulis.az)

pia.az


Etiket: Rəsul Rza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay