Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı keçirilib

Tərtər rayonunda Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı təqdim edilib...

PİA.az xəbər verir ki, Noyabrın 8-də Tərtər Rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.

Tədbirdə şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respblikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, hüquq-mühafizə orqanllarının rəhbərləri, akademik Vaqif Abbasov, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri Lazım Quliyvev, Vəli Vəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Zəfər gününə həsr olunmuş məktəblilərin əl işindən ibarət sərgiyə baxıblar.

Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər gününün tarixi haqqında geniş məlumat verilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı təqdim edilib, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər ifa olunub.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı iştirakçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Sonda tədbirdə fəal iştirak edən məktəblilərə rayon rəhbəri tərəfindən təşəkkürnamələr təqdim edilib.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ukrayna şərqlə cənub arasında mühüm forpost itirdi - Kiyevin ciddi problemləri var...

Ən çox oxunanalar