Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təqiblərə baxmayaraq biz milli respublikamızı xatırlamışıq”


Bu gün iyunun 19-da Astanada MDB ölkələrinin elmi və yaradıcı ziyalılarının XIII Forumunda birliyin əsas dövlətlərarası mükafatının-“MDB Ulduzu”nun təqdim edilməsi mərasimi keçirilib


Virtualaz.org Astanadan xəbər verir ki, mükafatların laureatlara təqdim olunmasına qədər RusiyaQazaxıstan prezidentlərinin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunub.

Prezident Nursultan Nazarbayevin təbrik məktubunu Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova oxuyub. “Bizim ümumi vəzifəmiz qazanılmış təcrübə əsasında ölkələrimiz arasında uzunmüddətli humanitar əməkdaşlığın istiqamətlərini müəyyən edək. Əminəm ki, forum MDB məkanında sülh, xeyirxah qonşuluq dəyərlərinin sonrakı inkişafına töhfə verəcək, yeni əməkdaşlıq kanalları yaradacaq”-Nazarbayev yazıb.



Qazaxıstanın dövlət katibi G.Abdıkalikova və akademik Nərgiz Paşayeva

Forum iştirakçılarını MDB-nin icraçı katibi Sergey Lebedev də salamlayıb. Habelə açılış mərasimində Qazaxıstanın idman və mədəniyyət naziri Arıtsanbek Muxamediulu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moldovanın informasiya texnologiyaları və rabitə naziri Pavel Filipp, digər MDB rəsmiləri çıxış ediblər.

“Bizim əməkdaşlığımız sadəcə olaraq abstrakt deyil, dövlətlərimiz üçün konkret faydadır. Və budur, ziyalılar bizim dəyərlərin-bizim mədəniyyət və elmimizin , ümumi rifahımızın yeganə qoruyucularıdır. Başqa elə sosial sinif və ya təbəqə yoxdur ki, bu dəyərlər onlar üçün mövcudluğun mənasına çevrilsin”-bunu isə öz çıxışında Rusiya prezidentinin dövlətərarası mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.



Rusiya prezidentinin xüsusi nümayəndəsi M.Şvıdkoy, Qazaxıstanın mədəniyyət və idman naziri Arıtsanbek Muxamediulı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu

Daha sonra laureatların mükafatlandırılması mərasimi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Oksford universitetinin Nizami mərkəzinin rəhbəri, M.Lomonosov adına MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva elm və təhsil sahəsində nailiyyətlərinə görə 2017-ci il üçün “MDB Ulduzu” mükafatı alıb.

“Hər şeydən əvvəl biz öz müəllimlərimizə, valideyinlərimizə, əzizlərimizə və yaxınlarımıza, iş yoldaşlarımıza borcluyuq. Öz nailiyyətlərimizə görə məhz onlara borcluyuq. Mən bu yüksək mükafata görə səmimi minnətdarlığımı ifadə edirəm. Və icazənizlə bu pul mükafatını rəhbərlik etdiyim ali məktəbin-M.Lomonosov adına MDU-nun Bakı filialının tələbələrinin rifahı naminə istifadə etmək istəyirəm. Bu vəsaiti ali məktəbin ən yaxşı tələbəsini təqaüdlə təltif etməyə sərf edəcəyəm”-akademik Nərgiz Paşayeva çıxışında bildirib.


mükafatın təqdimedilmə mərasimi

N.Paşayeva xatırladıb ki, bu günlərdə Azərbaycan öz tarixinin ən parlaq hadisələrindən birini-milli respublikanın qurulmasının yüz illiyini qeyd edib. “Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik və azad respublikanı qurub. Və azərbaycanlılar bir əsr boyu tarixi kataklizmlərə,, repressiyalara, cəzalara, təqiblərə və təhdidlərə baxmayaraq respublikamızın qurucu-atalarını, həmin dövrün böyük xadimərini həmişə xatırlayıb, anıb. Azərbaycan özünün demokratik və respublikaçı ənənələri ilə həmişə fəxr edib”-akademik Paşayeva əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ən çox oxunanalar