Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB sağlamlıq haqqında arayış alan valideynlərə müraciət etdi

Yeni tədris ilinin başlanılması ilə əlaqədar ümumtəhsil müəssisələrindən tələb olunan sağlamlıq haqqında arayışların verilməsi zamanı müraciətlərin çox olması səbəbindən tibb müəssisələrində sıxlıq müşahidə olunur. Hazırda növbə prinsipi əsasında arayışların verilməsi həyata keçirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Daha çox sıxlığın qeydə alındığı Abşeron Rayon Mərkəzi Xəstəxanasında 3 qeydiyyatçı, pediatr, nevropatoloq, oftalmoloq, cərrah, kardioloq olmaqla 17 həkim, rentgen və qan kabinetləri üzrə isə 7 tibb işçisi 1 000-dən çox müraciət üzrə xidmət göstərməkdədir.

Yaranan sıxlıqla əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında olub, xidmətin təşkili ilə yerində maraqlanıb, irad və tövsiyələrini bildirib. Eyni zamanda, Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasının və TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tibbi xidmətin təşkili və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrinin müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay