Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tayfun və Type-45 acizdir - Britaniya İsraili İran raketlərindən qoruya bilmir

Müdafiə ekspertləri iddia edirlər ki, Böyük Britaniya Silahlı Qüvvələri İsraili İranın ballistik raket hücumlarından qoruya bilmir...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Telegraph nəşri yazıb.

Xüsusilə Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Kral Hərbi Hava Qüvvələrinin "Tayfun" reaktiv qırıcılarının müvafiq silahlara malik olmadığını, Kral Donanmasının "Tip-45" esmineslərinin də zəif təchiz olunduğunu və ya bu hücumları dəf etmək üçün kifayət qədər şəxsi heyətin olmadığını bəyan edib.

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan zabiti Tom Şarp hazırkı vəziyyətin 40 illik kifayət qədər maliyyələşməmənin nəticəsi olduğu qənaətindədir:

"Yaxın Şərqdə və Rusiyada baş verənləri nəzərə alaraq, "Type-45" esmineslərimizlə raketdən müdafiəni təmin etmək qabiliyyətimizi sürətləndirməliyik".

The Telegraph yazır ki, Britaniya qanadlı raketləri və pilotsuz təyyarələri vura bilir və bunu İranın apreldə İsrailə əvvəlki hücumu zamanı nümayiş etdirib. Bununla belə, İranın oktyabrın 1-də İsrailə hücumu üçün istifadə etdiyi daha təkmil ballistik raketlərlə mübarizə aparmaqda çətinlik çəkir.

Qeyd olunur ki, sözügedən hücum zamanı Kiprdəki Akrotiri Hərbi Hava Qüvvələri bazasında yerləşən Britaniya "Tayfun" təyyarəsi heç bir İran raketini vurmayıb.

The Telegraph Britaniyanın müdafiə naziri kimi Ben Uolles tərəfindən təsdiqlənmiş "Aster 30" silahı sayəsində öz "Type-45" esmineslərini ballistik raketlərə qarşı əsas müdafiə vasitələrindən birinə çevirmək planlarını xatırladıb. "Amma bu silah hələ hazırlanmayıb", deyə qəzet qeyd edir.

Xatırladaq ki, oktyabrın 1-i axşam İran İsrailə bir neçə yüz ballistik və qanadlı raket atıb. Partlayışlar təxminən bir saat davam edib. Bildirilib ki, ballistik raketlərin sayı İranın aprel ayında buraxdığı rəqəmdən təxminən iki dəfə çoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Prezident general-mayoru rütbəsindən məhrum edib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ən çox oxunanalar