Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” hərəkatının liderləri - Onlar haqqında nələr məlumdur?..

“Əl-Cəzirə” telekanalı 20 ildən sonra yenidən hakimiyyəti ələ keçirməyi başaran “Taliban” hərəkatının liderləri haqqında heç də böyük olmayan bir araış hazırlayıb...

Kanıbek Beyşenbekov
“Spurnik Qırğızıstan”

Taliban” hərəkatı Pakistanda bir mədrəsədə, bir qrup gənc əfqan tərəfindən yaradılıb. Bu gənclər 1970-80 ci illərdə Əfqanıstandakı sovet işğalından Pakistana qaçan ailələrin uşaqları idi və bu ölkədə mədrəsədə təhsil alırdılar. “Talib” sözü ərəb dilindən tərcümədə tələbə deməkdir.

1990-cı ildə Əfqanıstanda vətəndaş müharibəsi gedirdi və hər yerdə xaos və korrupsiya hökm sürürdü. Elə bu xaosun içidə Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində “Taliban” hərəkatı formalaşdı. Hərəkata təkgözlü Molla Ömər rəhbərlik edirdi. Onun məqsədi 1992-ci ildən Əfqanıstanda hakimiyyətdə olan Burhanəddin Rəbbani hökümətini devirmək və şəriət qanunları ilə idarə oluan dövlət formalaşdırmaqdı.

Hökümət qüvvələri ilə ilk hərbi toqquşma 1994-cü ilin payızında baş verdi. 1996-cı ilin sentyabrında “Taliban” döyüşçüləri Kabili ələ keçirdilər. Onlar Əfqanıstan İslam Əmirliyini elan edərək faktiki olaraq 2001-ci ilə qədər Əfqanıstanda hakimiyyətdə oldular. “Taliban” hökümətini ancaq Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tanımışdı.

“Əl-Qaidə” terror təşkilatənın 2001-ci ildə ABŞ-da Qoşa Qüllələrə hücum təşkil etməsindən sonra Vaşinqtonun Usamə bin Ladeni təhvil vermək tələbini rədd edən Taliblər ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsinə yol açdılar. Elə həmin ilin dekabrında ABŞ Əfqanıstana hərbi müdaxilə etdi və bir neçə günün içində “Taliban”ın hakimiyyəti devrildi. “Taliban” döyüşçüləri dağlara çəkildilər, bir çox yüksək çinli taliblər və “Əl-Qaidə” üzvləri isə Pakistan ərazisində gizləndilər.

Molla Məhəmməd Ömər

Hərəkatın əsası Molla Məhəmməd Ömər tərəfindən qoyulub. Əsasən gizli olan mənbələrə görə o, talibləri 2013-cü ildə olənə qədər idarə edib. Ancaq taliblərin liderinin ölümü iki ildən sonra təsdiqləndi.

Molla Ömər güçlü puştun qəbiləsindən çıxmışdı. Elə “Taliban” döyüşçülərinin böyük əksəriyyətini də bu etnik qruplaşmanın üzvləri təşkil etməkdəir.

Heybətulla Axundzadə

Taliban” hərəkatının hazırki Ali lideri Heybətulla Axunzadə hesab olunur. O, hərəkat üzvləri arasında böyük nüfuza sahibdir və şəriət məhkəmələrinin baş hakimidir. Aşıq mənbələrdən əldə olunan məlumata görə onun 60-a yaxın yaşı var.

Axunzadə qruplaşmanı 2016-cı ildən idarə edir. Ondan əvvəl isə hərəkata 2016-cı ildə əfqan-pakistan sərhədində ABŞ pilotsuz təyyarəsinin hücumu ilə öldürülən Əhtar Məhhəmməd Mənsur rəhbərlik edirdi.

Axundzadənin bioqrafiyası ilə bağlı çox az şey məlumdur. Məlumdur ki, o, gənclik illərində daha çox din və şəriət məsələlərini öyrənib, hərbi məsələlərə isə maraq göstərməyib. Analitiklər hesab edirlər ki, Axundzadənin “Taliban” hakimiyyətində rolü real deyil, daha çox simvolik olacaq.

Molla Abdul Qəni Bəradər

Molla Bəradər Molla Ömərlə birlikdə “Taliban” hərəkatının əsasını qoyanlardandır. Uruzqan vilayətində doğulsa da, Qəndəharda böyüyb. 2000-ci illərdə Molla Ömərin ən sadiq komandirlərindən biri hesab olunurdu. 2010-cu ildə Bəradər Pakistanın Karaçi şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu. Maraqlıdır ki, Bəradər 2018-ci ildə Vaşinqtonun tələbi ilə azadlığa çıxıb.

Bu gün Mola Bəradər “Taliban”ın Dohadakı ofisinə rəhbərlik edir və amerikanlarla danışıqlar aparır. Məhz onun apardığı danışılar sonucunda ABŞ Əfqanıstandan çəkilməyə qərar verdi. Lakin Bəradərin Əfqanıstan höküməti ilə hakimiyyəti dinç yolla təhvil almaq üçün apardığı danışıqlar uğursuz oldu.

Siracəddin Həqqani

Həqqani “Taliban” hərəkatının rəhbərinin müavini və hərəkatın ən radikal qanadı olan “Həqqani şəbəkəsi”nin lideridir. “Əl- Cəzirə” kanalı məlumat verir ki, o, sovet işğalına qarşı mübarizə aparan mücahidlərin əfsanəfi komandiri Cəlaləddin Həqqanin oğludur.

Vaşinqtonda hesab edirlər ki, əsası Həqqaninin atası tərəfindən qoyulan “Həqqani şəbəkəsi” NATOABŞ ordusuna qarşı vuruşan ən təhlükəli terror qruplaşmasıdır. Bu qruplaşma intihar terrorlarını həyata keçirməklə məşhurlaşıb və Kabil otelinə, o cümlədən Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzaiyə və Hindistan səfirliyinə qarşı terro aktlarının müəllifidir.

Molla Məhəmməd Yaqub

Taliban” hərəkatının yaradıcısı Molla Ömərin oğludur. Əfqanıstan hakimiyyətinə qarşı aparılan müharibənin strateji istiqamətlərini müəyyənləşdirən “Taliban” hərəkatının Ali Hərbi Şurasına rəhbərlik edir. Bəzi məlumatlara görə o, 30 yaşını doldurub.

Molla Yaqub “Taliban” hərəkatınında “taxt” mübahisələrində hərəkatın ümumi liderliyinə namizəd olub. Atasının böyük nüfuzuna görə o, hərəkat içində birləşdirici fiqur olaraq bilinir. Buna baxmayaraq onun hakimiyyəti mübahisələrdən o yana keçmir. Bəzi analitiklər hesab edirlər ki, 2020-ci ildə onun “Taliban” hərəkatının Ali Hərbi Şurasına rəhbər təyin edilməsi simvolik xarakter daşıyır.

Abdul Hakim Həqqani

Taliblərin danışıqlar aparan qrupana rəhbərlik edir. Axundzadənin ən inanılmış yaxın ətrafına daxildir. Bunu onunla izah edirlər ki, Həqqani də hərbiçi deyil, ilahiyatçıdır.

Bundan əvvəl Abdul Hakim Həqqani Talibanın baş siyasi qərargahının yerləşdiyi Kvetta şəhərində islam mədrəsəsinin rəhbəri olub. O, burada hərəkatın məhkəmə sisteminə də rəhbərlik edib. Qeyd edək ki, Taliban” hərəkatının məhkəmə sisteminə taliblərin nüfuzlu ilahiyyatçıları daxildir və bu şura Taliban”ın Əfqanıstandakı zalımlıqlarını təmizə çıxaran dini fətvalar verməklə məşhurdur.

Tərcümə PİA.az-a aiddir

Orjinal

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay