Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Svetlana yazıçı olmasaydı Nobel almazdı”


PİA.AZ Kulis-in fəlsəfə elmləri namizədi, Nobel araşdırmaçısı Etibar Əliyevlə müsahibəsini təqdim edir


- Svetlana Aleksieviçin 2015-ci il Ədəbiyyat üzrə Nobel mükafatı sahibi olmasını necə qiymətləndirirsiz? Komitəsinin qərarı hər il müzakirələrə səbəb olur. Mükafatlandırma bu il sizcə obyektiv keçirildimi?
 
- Ədəbiyyat üzrə Nobel mükafatlarının verilməsi çox vaxt birmənalı qarşılanmır. Alfred Nobelin vəsiyyətində kimya, tibb, fiziologiya, fizika kimi elm sahələri ilə bağlı qeyd olunub ki, mükafat hər il çox böyük kəşflərə verilsin. Ədəbiyyat sahəsində isə o əsərlərə verilməlidir ki, ideal olsun, universal dəyərləri əhatə etsin, məhdud praqmatik dəyərlərə önəm verən əsərlər qiymətləndirilməsin.
 
Nobel mükafatının verilməsi ilə bağlı mübahisələr ötən əsrin 90-cı illərindən sonra başladı. Aleksieviçin Nobel almasında da siyasi amili önə çəkənlər var. Ancaq mən belə hesab edirəm ki, siyasət burda işin çox kiçik bir hissəsini təşkil edir. Onun haqqında oxuduğum yazıların birində maraqlı məqama rast gəldim: “O, peşəkar şəkildə insan əzabları ilə, müharibənin, totalitar rejimlərin vurduğu zərbələrlə məşğul olub.”
 
Aleksieviçin çox maraqlı fikri var. O deyir ki, Sovet insanı çox böyük əzab çəkib, amma bu əzabı azadlıqla konvertə edə bilməyib. Bu sözlər göstərir ki, Aleksieviç Aleksandr Soljenitsin qədər dəyərli fikir adamıdır.
 
Builki Nobel bir az 2010-cu ilin çinli mükafatçısı Qao Sinszyanı, bir qədər də İmre Kertesi xatırladır. Qao insanın kədərli vəziyyətini təsvir etdiyinə görə mükafatı almışdı.
 
- Kertez Aleksieviçdən fərqli olaraq roman yazırdı.
 
- Bilirsiz biz indiki halda Aleksieviçə niyə dəqiq qiymət verə bilmirik? Çünki Aleksieviçin yaradıcılığı ilə hələ tanış deyilik. 1997-ci ilin laureatı Dario Fo Nobel nitqində deyirdi ki, əvvəlcə Nobel mükafatı yəhudiyə veriləndə təəccübləndilər, sonra zənciyə veriləndə təəccübləndilər. İndi bilirsiz mükafatı kimə verirlər-təlxəyə. Özünü nəzərdə tuturdu. Dario Fo yazdığı pyeslərin çoxunda özü oynayırdı.
 
Buna görə də deyim ki, Aleksieviçin yaradıcılığı ilə yaxından tanış olmadığımız üçün, belə qərəzliyik. “Müharibənin qadın üzü yoxdur” əsərini yazanda o, 800 qadını danışdırıb. Bilirsiz, bu Joze Saramaqonun “Korluq” əsərini yazmaq üçün apardığı tədqiqatlarına bənzəyir. Düşünürəm əgər Aleksieviç bu qədər zəhmət çəkib, əzab çəkən insanların həyatlarını birləşdiribsə deməli onda nəsə var. Yəqin biz onun əsərlərini oxuyanda ilkin təəssüratlarımız yox olacaq.
 
- Nobelin tarixində elə bir yazıçı varmı onun yaradıcılığı jurnalistika ilə bu qədər yaxın olsun. Çünki biz Aleksieviçin yaradıcılığına baxanda görürük ki, hekayələri, romanları yoxdur, daha çox sənədli əsərləri ilə tanınıb.
 
- Jurnalist kimi Heminqueyin, Markesin adını çəkə bilərik. Amma bunların jurnalistika fəaliyyəti çox az dövrü əhatə edir. Mən deyim ki, Aleksieviçin Nobel alması boşluqdan yaranmayıb, bu böyük rəqabətdən doğan qalibiyyətdir. Çünki o, Filip Rot, Coys Korel Otas, Amos Oz, Murakami və adını çəkmədiyim başqa yazıçıların arasından sıyrılaraq Nobeli alıb.
 
Svetlana Aleksieviçin Nobel almasına siyasi don geyindirmək olar, amma onu deyim ki, yaradıcılıq olmasa kimsə Nobel ala bilməz. Brodski mükafat alanda çoxları ağız büzürdü, amma onun yaradıcılığı ilə tanış olandan sonra etiraf etdilər ki, Brodskiyə ikinci dəfə də Nobel düşür.
 
- Bunindən üzü bəri ta Brodskiyə qədər mükafat alan rus nobelçilərinə nəzər yetirəndə görürük ki, hamısının tarixçəsində siyasi çalar var.
 
- Müəyyən mənada siz haqlısınız. Çünki bir misal deyim. Nobokov Nobel alanlardan heç də istedadsız deyildi, amma ona verilmədi. Çünki o Avropada yaşayırdı, qərbləşmişdi. Bütün bunlara baxmayaraq mənə elə gəlir ki, Komitə siyasi fəaliyyətdən çox yazıçılığa üstünlük verir.
 
- Svetlasna Aleksieviçin Nobel alması Rusiyada birmənalı qarşılanmır. Limonov Aleksieviçi heç yazıçı kimi qəbul eləmir, Zaxar Prilepin lağlağıya qoyur, Dmirti Bıkov isə təqdir edir. Bəs sizcə Aleksieviçin Nobel almağını Brodskidən sonrakı rus dilli ədəbiyyatın uğuru kimi qəbul etmək olarmı?
 
- Bəli, bunu uğur kimi qəbul etmək olar. Yaxşı bir deyim var, ədəbiyyatın milləti olmur. Səhv etmirəmsə Aleksieviç Ukraynada anadan olub, Belarusda yaşayıb, sonra bir müddət ölkəsini tərk edib. Uzun müddətli pauzadan sonra Nobel Komitəsi Rusiyaya qayıtmalı idi. Bu rusdilli ədəbiyyatın uğurdur. Mənə elə gəlir ki, bu qərar Komitəyə də yeni nəfəs gətirdi.
 
- Svetlana Aleksieviçin Nobel alması postsovet ədəbiyyatının dünyada tanınmasına təkan verəcəkmi?
 
- Bunun o qədər də faydası olmayacaq. Aleksieviç üçün özünütəsdiq daha böyük əhəmiyyət daşıyır. Bunu potsovet ədəbiyyatının yeni üfüq qazanması kimi qiymətləndirmək doğru deyil. Mən arzu edirəm ki, Nobeli bizimkilərdən kimsə alsın. Bundan sonra da bizə kənardan baxsınlar və müzakirə aparsınlar.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar