Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşalı 11 uşaq anasının 35 il əvvəl Vəzirova vurduğu Teleqram –"İcazə verin Stepanakertdə sovet hakimiyyətini bərpa edim" /Tarix

35 il əvvəl Qarabağda separatçı hərəkat başlayanda bu prosesin Azərbaycan üçün qanlı tarixlə yadda qalacağını az adam guman edirdi. SSRİ vətəndaşları olan azərbaycanlılar erməni xainliyini sovet dövrünün “qəribə kaprizi” hesab edir və tezliklə buna son qoyulacağına inanırdılar. 

Poliqon.info bildirir ki, professor Cəmil Həsənli o zaman Azərbaycanın siyasi rəhbərliyinə Şuşadan vurulmuş bir teleqramı paylaşıb.

Şuşada yaşayan Qəhrəman Ana Teybə Hüseynova  1988-ci ilin iyul ayının 8-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirova vurdğu teleqarmda “Stepanakertdə sovet hakimiyyətinin olmadığını” bildirib və bu hökuməti “bərpa etmək üçün ona icazə verilməsini” istəyib.

Teleqramda deyilir: 

“Eşitdiyimə görə, Fidel Kastro ətrafında 85 nəfərlə sosialist inqilabına qələbə qazandırdı. Mən qəhrəman anayam. 11 uşağım var. Onların övladları indi 85 nəfərdən çoxdur. 5 aydır Stepanakertdə sovet hakimiyyəti fəaliyyət gpstərmir. İcazə verin mən ailə üzvlərimlə Stepanakertdə sovet hakimiyyətini bərpa edim.

Qəhrəman ana Teybə Hüseynova.

Şuşa. Capardize küçəsi 20”.

Bu sənəd o zamankı hakimiyyətdən fərqli olaraq xalqın baş verənlərə ayıq nəzərlərlə baxdığını bir daha subut edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar