Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşadakı teleqüllənin layihələndirmə xərcləri açıqlanıb

Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) layihələndirilməsi və tikintisi 494 min manata başa gələcək.

Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

Bildirilir ki, tələb olunan vəsaitin artıq bir hissəsi podratçıya ödənilib:

"Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 7 noyabr 2021-ci il tarixində Şuşa Radio-Televiziya Yayım Stansiyasının yeni bina və qülləsinin təməlqoyma mərasimində iştirak ediblər. Ölkə başçısının 7 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Şuşa RTYS-in layihələndirilməsi və tikintisi məqsədilə 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb. Prezidentin 1 mart 2022-ci il tarixli Sərəncamı ilə isə bu məqsədlər üçün bu ilin dövlət büdcəsindən 294 min manat ayrılıb".

Nazirlikdən bildirilib ki, layihələndirmə üçün tələb olunan 494 min manatdan ilkin olaraq 200 min manat Bakı Dövlət Layihə İnstitutuna ödənilib və sözügedən İnstitut tərəfindən layihələndirmə işlərinə başlanılıb: "Stansiyanın tikintisi üçün tələb olunan maliyyə vəsaiti layihə hazır olduqdan sonra müəyyən ediləcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidentinin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı Şuşadakı teleqüllə haqqında da danışıb: “Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar