Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellekt maraqlı siyahı hazırladı: Atatürk sağ olsaydı, bu gün hansı mahnıları bəyənərdi?

Türkiyədə “Şişecam” şirkəti cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürklə bağlı xüsusi bir layihəyə imza atıb...

Şirkət süni intellekt vasitəsilə “Atatürkün ən çox bəyənəcəyi mahnılar” siyahısını hazırlayıb.

Bununla bağlı şirkətdən məlumat verilib.

Məlumata görə, şirkət süni intellekt layihəsi üçün musiqi tədqiqatçısı Serhan Bali, Boğaziçi Universitetinin professoru Cem Say, yaradıcı texnoloq Zeynep Nal Sezer, süni intellekt rəssamı Bager Akbaydan ibarət xüsusi qrupla çalışıb.

Layihə çərçivəsində ilk olaraq bütün mənbələrdə Atatürkün sevdiyi mahnılar kimi tanınan əsərlər süni intellektə tanıdılıb. Daha sonra süni intellekt bu mahnıları not, diapazon, tərz, söz, temp, tezlik və s. baxımından təhlil edib.
Layihənin ikinci mərhələsində Atatürkün “Ən çox bəyənəcəyi” mahnılarını tapmaq üçün yenə süni intellekt tərəfindən minlərlə gözəl mahnı araşdırılıb və onun sevdiyi mahnılara bənzəyənlər sıralanıb.

“Şişecam” şirkəti bu layihənin Türkiyə Cümhuriyyətinin müstəqillik və modernləşmə mübarizəsinin lideri Atatürkün musiqi zövqünün dərk edilməsinə töhfə verdiyinə inanır.

Süni intellektin hazırladığı siyahıda Şebnem Ferah, Teoman, Zeki Müren, Semiha Yankı, Moğollar, Melike Şahin kimi Türkiyənin tanınmış sənətçilərinin sürpriz mahnıları yer alıb.(Haber Global)

Poliqon.info


Etiket: Atatürk


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar