Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda tender elanından sonra yaradılan şirkətlər 3 tenderi birdən "uddu"

Azərbaycanda şok tender korrupsiyası...

Azərbaycanda dövlət satınalmaları zamanı baş verən və normal ölkələrdə korrupsiya qalmaqalına çevrilə biləcək “maraqlı” proseslər öz axarı ilə davam edir: Sumqayıt şəhərində üç tenderdə onların elanından sonra təsis edilən iki şirkət qalib gəlib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin tender komissiyası aprelin 18-də “Vertex Marketing” (VÖEN 2905806461) və “Bertfon SS” (VÖEN 2905806591) şirkətlərini dəftərxana və təsərrüfat mallarının (ümumi dəyəri 93253 manat), elektrik avadanlıq (113 695 manat) və yataq ləvazimatlarının (181 740 manat) satınalınması üzrə tenderin qalibi elan edib.

Dövlət satınalmalarının vahid elektron portalına əsasən, satınalma prosedurları fevralın sonunda – martın əvvəlində başlayıb. Tenderlərin qalibi olan hər iki şirkət martın 18-də Sumqayıtdakı mənzillərin birində eyni hüquqi ünvanda təsis edilib. Onların qanuni nümayəndəsi 38 yaşlı Faiq Hüseynovdur.

Şərtlərə əsasən, tenderdə iştirak üçün iddiaçılar təklifin dəyərindən əlavə mütləq qaydada texniki təkliflərini də (peşakarlıq, təcrübənin olması, həmçinin maliyyə imkanları) təqdim etməlidir. Komissiya texniki göstəricilərə 100 mümkün müsabiqə balından 45-i verir.

Sumqayıt şəhər İH-nin tender komissiyasının üzvü Rəhimdil Əhmədov Turan-a bildirib ki, tenderlərdə minimal sayda namizəd iştirak edib. Komissiya “Vertex Marketing” MMC və “Bertfon SS” MMC-i ən aşağı qiymətlər təqdim etdiyinə görə qalib seçib.(Turan.az)

pia.az


Etiket: Sumqayıt tender

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar