Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq: Çin qonşularını təhdid edir və digər ölkələri aşağılayır

"Pekin indiyədək Moskvanın təcavüzünü pisləməyib, əksinə, Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığını artırır".

Poliqon.info APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "Foreign Affairs" jurnalında dərc olunan "Daha təhlükəli dünya üçün daha güclü NATO" adlı məqaləsində bildirib.

"Əgər Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə və bütövlükdə dünya üçün təhlükəli olardı. Bu, digər avtoritar rejimlərə öz məqsədlərinə güc yolu ilə nail ola biləcəkləri mesajı verərdi. Xüsusilə Çin Rusiyanın aqressiyasına görə ödədiyi bədəli və ya alacağı mükafatı izləyir. O, Moskvanın hərbi uğursuzluqlarından və beynəlxalq ictimaiyyətin reaksiyasından dərs götürür. Mən bu ilin əvvəlində Yaponiya və Cənubi Koreyaya səfər edəndə onların liderləri açıq şəkildə narahat idilər ki, bu gün Avropada baş verənlər sabah Asiyada baş verə bilər".

Baş katib NATO-nun Çini düşmən kimi görmədiyini deyib və əməkdaşlığa ehtiyac olduğunu deyib.

"Biz nüvə silahının yayılması və iqlim dəyişikliyi də daxil olmaqla, bugünkü qlobal çağırışların öhdəsindən gəlmək üçün Pekinlə təmasda olmağa davam etməliyik. Eyni zamanda, Çin Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya üzərindəki əhəmiyyətli nüfuzundan istifadə etməlidir. Ancaq, Pekin indiyədək Moskvanın təcavüzünü pisləməyib, əksinə, Rusiya ilə iqtisadi, diplomatik və hərbi əməkdaşlığını artırır. Çin hökumətinin xaricdə getdikcə daha təzyiqedici davranışı və daxildə repressiv siyasəti NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuyur. Pekin qonşularını təhdid edir və digər ölkələri aşağılayır. Çin NATO dövlətlərində kritik təchizat zəncirlərini və infrastrukturu nəzarət altına almağa çalışır. Biz bu çağırışlara açıq şəkildə baxmalıyıq və iqtisadi mənfəət üçün təhlükəsizlik maraqları ilə alver etməməliyik", - Stoltenberq məqaləsində vurğulayıb.

Poliqon.info 


Etiket: Stoltenberq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay