Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyqırım və qırğın: Yaxın Şərq ölkələri İsraili dayandırmağı tələb edir...

Yaxın Şərq ölkələri İsrailin Qəzza zolağındakı “görünməmiş vəhşiliyinə” son qoyulmasını tələb ediblər...

Poliqon regionda baş verənlərlə bağlı əsas açıqlamaları toplayıb.

Qəzza zolağında xəstəxanaya hücum oktyabrın 17-də axşam saatlarında baş verib. 500-dən çox insan hücumun qurbanı olub, daha bir neçə yüz nəfər yaralanıb. Zərbə zamanı çoxlu xəstə küçədə növbə gözləyirmış və ölənlərin böyük hissəsi də onlardır. Qonşu evlərin sakinləri də ölüb və yaralanıb.

HƏMAS bu hücuma görə İsrail ordusunu günahlandırıb. İsrail Müdafiə Qüvvələri (IDF) isə bildirib ki, raket Fələstin qruplarından birinin uğursuz buraxılması nəticəsində Qəzzada bir xəstəxanaya düşüb.

Türkiyə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında misli görünməmiş vəhşiliyə son qoymağa çağırıb və İsrail ordusunun hərəkətlərinin “ən təməl insani dəyərlərdən” məhrum olduğunu vurğulayıb.

“Qadınların, uşaqların və günahsız mülki şəxslərin müalicə olunduğu xəstəxanaya hücum İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Mən bütün bəşəriyyəti Qəzza zolağında bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə çağırıram”, deyə Ərdoğan öz Telegram kanalında yazıb.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı da Qəzza zolağında xəstəxanaya edilən hücumu qətiyyətlə pisləyib və bunu “dəhşətli cinayət” adlandırıb. Bu barədə “Asharq Al-Awsat” nəşri yazır.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanatında İsraili “çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, mülki şəxslərə qarşı hücumları dayandırmadığına” görə qınayıb.

“Bu təhlükəli inkişaf beynəlxalq ictimaiyyətin İsrailin cinayət əməllərinə gəldikdə, beynəlxalq humanitar hüququn tətbiqində ikili standartlardan və seçici yanaşamadan əl çəkilməsini tələb edir”, deyə bəyanatda bildirilir.

Səudiyyə Ərəbistanı həmçinin İsrailin “bütün beynəlxalq qanun və normaların davamlı pozulmasına görə tam məsuliyyət daşımasını” tələb edib.

Suriya

Suriya da xəstəxanaya hücumu pisləyib.

“Hücum nəticəsində həlak olan günahsız qurbanların” xatirəsinə bu gündən ölkədə üç günlük matəm elan edilib”, deyə Sana Agentliyi xəbər verib.

Suriya hökuməti hesab edir ki, Qərb ölkələri və xüsusən də İsrailin tərəfdaşı olan ABŞ “iyrənc kütləvi qətlin” günahkarıdır.

İran

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Əl-Əhli” xəstəxanasına hücumu “soyqırım” adlandırıb və hadisədə İsraili günahlandırıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatda deyilir.

Bəyanatda deyilir: “Qəzzəyə hücumlar dərhal dayandırılmalı və məzlum və mühasirəyə alınan insanlara humanitar yardım göndərilməyə başlanmalıdır”.

Hüseyn Əmir Abdullahiyan həmçinin islam ölkələrinin, o cümlədən neft ölkələrinin İsrailə qarşı “dərhal və tam sanksiyalara” çağırıb.

İordaniya və Liviya

İordaniya kralı II Abdullah bin Hüseyn İsrail ordusunun bu “dəhşətli müharibə cinayəti”nin bölgəni fəlakətə sürükləyəcəyini vurğulayıb. O, qan tökülməsinə son qoyulması üçün beynəlxalq ictimaiyyətə də müraciət edib.

Liviyanın baş naziri Əbdül Həmid əl-Dəbaibə isə hücumu “bütün sərhədləri aşan müharibə cinayəti” adlandırıb.

Livan

Öz növbəsində Livanda matəm elan edilib. Baş nazir Najib Mikati isə dünyanın “ədalətsizliyə və həqiqətə qarşı susduğunu” söyləyib.

ABŞ prezidenti Co Bayden İsrailə səfəri zamanı Qəzza zolağında xəstəxanaya zərbənin İsrail qüvvələri tərəfindən deyil, “başqa komanda” tərəfindən həyata keçirildiyini deyib və xəstəxanaya edilən hücumdan kədərləndiyini və qəzəbləndiyini bildirib.

“Gördüklərimə görə, bunu sən yox, digər komanda edib. Ancaq əmin olmayan bir çox insan var, ona görə də biz çox şeyin öhdəsindən gəlməli olacağıq”, deyə Bayden İsrailin baş naziri Benyamin Netanyahuya müraciət edib.

Bayden əlavə edib ki, fələstinlilərə humanitar yardım göstərilməlidir. O, Netanyahuya “dünya sizin nə edəcəyinizi izləyir” deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar