Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Somalidə BMT-nin helikopterinə hücum zamanı bir neçə ukraynalı girov götürülüb

Ukraynanın 4 vətəndaşı Somalidə “Aş-Şabab” terror qruplaşmasının yaraqlıları tərəfindən girov götürülüb...

"Report"un məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

Onlar BMT-nin hücuma məruz qalan helikopterinin ekipaj üzvləri olub.

"Ukrayna Xarici İşlər Nazirliyi Somali ərazisində hökumət əleyhdarlarının nəzarətində olan 4 ukraynalının əsir götürüldüyünü təsdiqləyir. Vətəndaşlarımız BMT-nin Somalidəki missiyasının qəzaya uğrayan helikopterinin ekipaj üzvləri olub. Onların şəxsiyyəti müəyyənləşdirilib”, - Nikolenko feysbukdakı səhifəsində yazıb.

O, helikopterin göyərtəsində ukraynalılardan başqa daha beş əcnəbinin də olduğunu qeyd edib.

“Helikopter Ukraynanın BMT-nin sifarişi ilə daşınma müqaviləsini yerinə yetirən özəl şirkətinə məxsusdur”, - nazirliyin rəsmi nümayəndəsi bildirib.

Yanvarın 10-da bildirilib ki, “Aş-Şabab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını ələ keçirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Ən çox oxunanalar