Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şöbə müdiri: "Bəzi hallarda müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar"

"Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub. Nəzərə alsaq ki, ölkədə 70 minə yaxın sinif komplekti var və bu o deməkdir ki, gündə 350 min dərs keçirilir. Bu halda müəyyən problemlərin olması qaçılmazdır".

PİA.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdirinin sözlərinə görə, ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb:

“Tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

O qeyd edib ki, yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq:

“Hazırda hər hansı məktəbə davranışlarla bağlı yeni nəsə göndərməyiniz barədə nəsə yoxdur. Məktəb rəhbərliyi mövcud qanunvericilik çərçivəsində daha üst normativ aktlara uyğun olaraq qaydalar təşkil edə bilər. Çünki məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik”.

“Bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur. Onlar ötənilki Müəllimlərin İşə Qəbulu İmtahanlarında uğur qazanıb müəllim olublar. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Bu il hədəfləmişik ki, bu il yeni işə götürüləcək müəllimlərə yeni tədris ili başlayana qədər, ən geci sentyabr ayının sonuna qədər onlara sinif idarəetmə təlimindən keçirək. Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar. Bununla bağlı nazirlik Təhsil İnstitutuna tapşırıq verib ki, bullinqlə bağlı öyrədici materialların tədris resurslarında artırılması istiqamətində işlər aparsın” – nazirlik rəsmisi əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay