Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib - Foto

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib...

Poliqon xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Çoxtərəfli siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı TDT çərçivəsində siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin mövcud perspektivləri və gələcək planlar, habelə Təşkilatın Bişkek Sammitinin təşkilindən irəli gələn məsələlər müzakirə olunub.

Siyasi məsləhətləşmələrin, Naxçıvan sazişi ilə təsis olunan TDT-nin yaradılmasının 15 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunub. Bu münasibətlə, nazir müavini Elnur Məmmədov tarixi Naxçıvan sazişinin 15 illiyinə həsr olunmuş xüsusi xatirə hədiyyəsini Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyevə təqdim edib.

Ötən 15 il ərzində Təşkilat çərçivəsində Türk dünyasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafının, əlaqələrin gücləndirilməsinin məmnunluq doğurduğu, bundan sonra da mövcud imkanlardan istifadə etməklə bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən Təşkilatın daha da inkişaf etməsinə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyi, cari ildə Şuşa şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşünün və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin yenidənqurma və sülh səylərinin hazırkı durumu barədə ətraflı məlumat verib.

Çoxtərəfli siyasi məsləhətləşmələr çərçivəsində, həmçinin nümayəndə heyətlərinin rəhbərləri Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla da görüşüblər.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 4 il ötür

Ən çox oxunanalar