Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: Adamlar yoxlanılsın ki, ona əlillik düşür, ya düşmür

Bizim qələbəmizin üzərinə bəzi adamlar kölgə salmaq istəyir, bunun üçün bəzi məsələlərdən istifadə edir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bunlardan da biri qazilərin əlillik dərəcəsi alması ilə bağlı məsələdir: “Mütəmadi olaraq biri gəlir şüşə sındırır, biri gəlir başqa şey edir. Olmaz ki, bir komissiya, ictimaiyyət nümayəndələri çağırılsın, həmin adamlar yoxlanılsın və qərar verilsin ki, ona əlillik düşür, ya düşmür. Az sayda adamdır. Bu problem həll edilməlidir. Yaxud bu adam döyüşüb. Döyüşənlər bilir ki, onlar döyüşdə elə travma alır ki, tibdə bunu müəyyən etmək çətindir. Buna əlillik dərəcəsi verilməsi nə böyük problemdir? Bu adam döyüşübsə, buna əlillik verilə bilər. Eyni zamanda I və II Qarabağ qazilərinə eyni şərait yaradılmalı, onlar eyniləşdirilməlidir. Sosial şəbəkədə o gün şəhid anasının diləndiyi video göstərilib. Hansı şəhid anası dilənir? Biz gördük ki, şəhid anaları, həyat yoldaşları şəhidlərin cənazəsini çiynində apardı dəfn etdi. Ona görə də belə şeylərə etirazımızı bildirməliyik. Biz bu məsələlərə çox diqqətlə yanaşmalıyıq”.
Siyavuş Novruzov qeyd edib ki, ünvanlı dövlət sosial yardımı kifayət qədər insan alır: “Onların sayı 300 min nəfərdir. Birincisi, ünvanlı dövlət sosial yardımın təyinatında da qüsurlar var. Kimin adında maşını var, yarım hektar torpağı var, ünvanlı dövlət sosial yardım təyin etmirlər. Hansı ki, o yarım hektardan o insan heç nə əldə edə bilmir. Elələri var ki, 10 illərdir sosial yardım alır, bu da düzgün deyil. Belə misal var ki, ac adama balıq vermək yox, balıq tutmağı öyrətmək lazımdır. İnsanlara illərlə sosial yardım vermək yox, onları hər hansı işə yönəltməliyik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar