Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya səfiri: Azərbaycana ərzaq məhsullarının tədarükünü artırmaq niyyətindəyik

İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artırmağı hədəfləyir...

“Report”un məlumatına görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko bildirib.

Qeyd edək ki, İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə iyunun 19-da “Made in Italy” brendi altında qida və şərab sektoruna aid malların təşviqi məqsədilə silsilə tədbirlər təşkil edib.

Bu tədbirlərin bir hissəsi qida və şərab sənayesində fəaliyyət göstərən 13 İtaliya şirkətinin Azərbaycana səfəri və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda onlar üçün ikitərəfli görüşlərin təşkili olub.

Səfir bəyan edib ki, bugünkü tədbirlərin məqsədlərindən biri Azərbaycan ilə qida və içkilər sahəsində əlaqələri gücləndirmək və bu malların Azərbaycan bazarına idxalını artırmaqdır.

“İtaliya ixracının strukturunda ərzaq məhsulları və içkilərin ixracı əsas yerlərdən birini tutur. Azərbaycana içki və qida məhsullarının ixracının artımı 13 % təşkil edib, lakin biz bu göstəricinin daha da artmasını hədəfləmişik”, - diplomat deyib.

O həmçinin Azərbaycanla əməkdaşlığın İtaliya üçün vacib olduğunu qeyd edib: “Biz əlaqələri inkişaf etdirmək üçün bir sıra beynəlxalq tədbirlərdən istifadə edəcəyik. O cümlədən noyabrda Bakıda keçiriləcək COP29 konfransından”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay