Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Qərbə qarşı mübarizəyə çağırdı : “Qərb dövlətləri müsəlmanları qırırlar“



“Biz İran və Türkiyə ilə birləşməliyik”


Bu gün Qərb dövlətləri İslama qarşı açıq mübarizə aparır. Onlar Yaxın Şərqdə bu gün faktiki olaraq təfkirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırırlar. Biz müsəlmanlar buna qəti etiraz edirik, bu, ən böyük cinayətdir.

PİA.AZ xəbər verir ki, APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrəti Məhəmməd Peyğəmbərin (s) vəfatının ildönümü ilə bağlı bu gün QMİ-də keçirilən tədbirdə deyib.

Şeyxülislam qeyd edib ki, həmin dövlətlərin əlaltılarına çevrilən məzhəblərə qarşı mübarizə gücləndirilməlidir:

“Bu yaxınlarda “Qələm” mətbəəsinin vəhhabilik barəsində bir nəşri işıq üzü gördü. Orada kənar məzhəblərin İslama vurduğu zərbələr aydın izah olunur”.

Şeyx bu yaxınlarda İranda radikalizmə qarşı keçirilən konfransı xatırladaraq İran və Türkiyənin tədbirdə iştirak edən nümayəndələrinə təkliflər verdiyini bildirib:

“Biz İran və Türkiyə ilə birləşib kənar məzhəblərə, radikal qüvvələrə qarşı birgə mübarizə aparmalıyıq. Bunun vaxtı çoxdan çatıb”.

Qeyd edək ki, tədbirdə İranın Ali liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaq Nicat, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Sadiq Eraslan və digər şəxslər iştirak edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar