Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyədən Trampa sərt cavab: “Heç nə ödəməyəcəyik!”

Səudiyyə Ərəbistanı ABŞ-a öz təhlükəsizliyi qarşılığında heç bir şey ödəməyəcək

Bunu “Blomberq” agentliyinə müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Əl Səud deyib.

“Biz öz təhlükəsizliyimiz qarşılığında heç nə ödəməyəcəyik. Biz hesab edirik ki, ABŞ-dan aldığımız bütün silahlar üçün ödənişi etmişik. Bunlar bizə pulsuz verilməyib. Münasibətlərimizin qurulduğu gündən bu yana biz hər şeyi pulla alırıq. İki il bundan öncə Ər-Riyadın strategiyası başqa ölkələrdən silah alışına hesablanmışdı, amma Trampın hakimiyyətə gəlməsindən sonra biz qərara aldıq ki, daha 10 il ordunu Amerika silahları ilə təchiz edək. Yəni 60% silahı ABŞ-dan alaq, 40% silahı isə krallıqda ABŞ texnologiyaları ilə istehsal edək. Buna 400 milyard dollar xərcləməyi planlaşdırırıq” – deyə o bildirib.

O həmçinin Trampın “ABŞ-ın dəstəyi olmadan kral Salman hakimiyyətdə iki həftə qala bilməz” fikri ilə razılaşmadığını söyləyib:

Səudiyyə Ərəbistanı ABŞ-dan öncə də mövcud olub. Biz 1744-cü ildən mövcuduq. Məncə bu, ABŞ tarixindən 30 yaş daha çoxdur. Bizə hansısa təhdidin olmasına inanmıram”.

Qeyd edək ki, Tramp Səudiyyə Ərəbistanının ona ödəniş etməli olduğu, Səudiyyə kralının məhz ABŞ sayəsində hakimiyyətdə qaldığını bildirib.(axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar