Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərq-Qərb Koridorunun şaxələndirilməsində Zəngəzur Dəhlizinin önəmi müzakirə olunub

Şərq-Qərb Orta Dəhlizinin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmi Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən üçtərəfli görüşündə müzakirə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə faydalı fikir mübadiləsi aparılıb: "Həmkarlarımız Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə ediblər".

Nazir vurğulayıb ki, Trans-Xəzər Fiber-Optik-Kabel layihəsinin irəli aparılmasının önəmi diqqətə çatdırılıb: "Azərbaycan tərəfi olaraq həmkarlarıma işğaldan azad olunan ərazilər, 44 günlük Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verilib".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar