Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu Orduxanı və dəstəsini ifşa etdi

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu xaricdə dövlətimiz əleyhinə kampaniya aparan radikal müxalifətçilərə etirazını bildirib


Partiya sədri açıqlamasında deyib ki, siyasi mübarizədə söyüş və təhqir yolverilməzdir.

Onun sözlərinə görə, radikallar çıxış edərkən hər bir insanın şərəf və ləyaqətini nəzərə almalı, qurşaqdan aşağı danışmaqdan yayınmalıdırlar: 

"Bu, antidemokratik mübarizə üsuludur, qurşaqdan aşağı zərbə vurmaq siyasi əxlaqa ziddir. Qeyri-demokratik güclərin maraqlarına xidmət edirlər. Bu yolla, küçə söyüşləri ilə, qeyri-siyasi sözlərlə hakimiyyətə münasibət ifadə etmək xalqa xidmət etmək deyil. Sadəcə bu tip insanlar qisas, intiqam hissi ilə belə yola əl atıblar. Tamamilə yalnış yoldur. Müasir dünyada siyasi etik normalar müəyyənləşib. Etik normaları pozmaqla mübarizə aparmaq olmaz”. 

S.Cəlaloğlu vurğulayıb ki, xaricdəki radikal qüvvələrin arxasında kimlərsə durur: “Hesab edirəm ki, bu, xüsusi idarələrin hazırladığı nüfuzdan salma kampaniyasıdır. Görünür, Azərbaycanın demokratik qüvvələrindən fərqli olaraq kimlərsə siyasi xətt aparır. Bu adamlar Azərbaycanın siyasi hərəkatında tanınmış deyillər. Özləri də bunu etiraf edirlər. Bunlar Azərbaycan demokratik hərəkatından çıxmayıblar. Onların siyasi mübarizə üsulları demokratiyadan kənardır”. 

Partiya sədri hesab edir ki, xaricdə yaşayan Orduxan Temurxan və onun kimi qeyri-etik çıxışlar edən şəxslərin mövqeyi qəbuledilməzdir. S.Cəlaloğlu radikalları əxlaqlı olmağa çağırıb.(AzVision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar