Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator: "Tramp minlərlə amerikalı hərbi qulluqçunu bu həftə Əfqanıstandan çıxaracaq"

Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem dekabrın 16-da bildirib ki, Prezident Tramp minlərlə amerikalı hərbi qulluqçunun tezliklə Əfqanıstandan qismən çıxarılmasını bu həftə elan edəcək...

Qrem Kabilə səfəri zamanı Əfqanıstandakı amerikalı hərbi qulluqçuların sayının azaldılaraq təqribən 13.000 nəfərdən 8600-ə endirilə biləcəyini elan edib.

Xatırladaq ki, Prezident Tramp bunu hələ avqust ayında demişdi. O, Əfqanıstanda və Yaxın Şərqdə amerikalı hərbi qulluqçuların sayının azaldılmasına tərəfdardır. Prezident Şükranlıq günündə Amerikanın Əfqanıstandakı ən iri bazası olan Baqram aviabazasına səfəri zamanı Əfqanıstandakı qüvvələrin “xeyli azaldılacağını” bildirib.

ABŞ-da siyasi icmalçıların çoxunun fikrincə, Amerika qoşunlarının Əfqanıstandan qismən çıxarılması taliblərə güzəşt kimi qiymətləndirilə bilər, bu isə ABŞ-ın danışıqlarda mövqeyini sarsıda bilər. Məlum olduğu kimi, bu il taliblərlə danışıqlar aparmaq üçün ilk cəhd uğursuz olub.

ABŞ-ın Əfqanıstandakı silahlı qüvvələrinin komandanlığının bəyanatında bildirilir ki, onlar qoşunların sayının azaldılması barədə əmri hələ almayıblar.

Qeyd edək ki, 2019-cu ildə Əfqanıstanda 19 nəfər amerikalı hərbi qulluqçu öldürülüb. Bu, son beş ildə Əfqanıstandakı amerikalı hərbçilər arasında ən böyük tələfatdır. (Azərtac)

pia.az


Etiket: Lindsi Qrem


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar