Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 103,3 milyon ABŞ dolları dəyərində 19 min 153 ton kərə yağı idxal edilib...

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 71.5% və ya 43 milyon ABŞ dolları, həcm baxımından isə 77% və ya 8 336 ton artıb. Belə ki, 2023-cü ilin ilk 8 ayında Azərbaycana 60.3 milyon ABŞ dolları dəyərində 10 min 817 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.81% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-avqust aylarında ölkədə 19 min 359.6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.4% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 1.1% çox olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 20.59 manat, yerli kərə yağının orta satış qiyməti isə 19.58 manat təşkil edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay