Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator Qrem: Rus ordusunun “onurğasını” qıracağıq…

ABŞ-ın respublikaçı senatoru Ukraynadakı rus ordusunun “onurğasınıı” qırılacağına” söz verib…

PİA.az xəbər verir ki, Lindsi Qrem Almaniyanın Spiegel jurnalına verdiyi müsahibədə bildirib.

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Spiegel-ə bildirib ki, Ukraynaya tankların verilməsindən sonra Rusiya Silahlı Qüvvələrinin hücumu dayandırılacaq və hətta onlar nəzarət etdikləri işğal olunan ərazilərdən çıxarılacaq. Senator vurğulayıb ki, xarici hərbçilərin iştirakı olmadan Ukrayna Rusiya ordusunun “onurğa sütununu” sındıra bilər.

Lindsi Qrem sözlərinə görə, rus qoşunları Ukraynanın şərqində irəliləmək üçün hücum planı hazırlayır. Ancaq Ukraynanı lazımi silah və kəşfiyyat məlumatları ilə təmin etməklə bu hücumun qarşısını almaq olar.

“İnanıram ki, bizim bir fürsətimiz var: Amerika və Almaniya əsgərlərini döyüş meydanına göndərmədən rus ordusunun belini qırmaq lazımdır. Əgər biz onları silah və kəşfiyyatla təmin etsək, ukraynalılar rusları məğlub edə bilərlər”, deyə Qrem bildirib.

Qrem vurğulayıb ki, heç kim Rusiya ərazisini işğal etmək fikrində deyil, lakin Rusiya “yerinə” otuzdurulmazsa, Avropada müharibələr başlayacaq və çinlilər Qərbin zəifliyinə əmin olacaqlar. Onun sözlərinə görə, ukraynalılar tədarük etdikləri istənilən silah sistemini tez bir zamanda öyrənib istifadə edə bilirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar