Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator: Biz indi Kiyevin Rusiya, yoxsa Ukrayna şəhəri olması ilə bağlı qərar veririk

Konnektikut ştatından demokrat senator Kris Mörfi bildirib ki, ABŞ Konqresində Kiyevin Ukraynaya, yoxsa Rusiyaya aid olması barədə mübahisə gedir...

Poliqon xəbər verir ki, bu barədə “Defence One” nəşri məlumat yayıb.

“Biz indi Kiyevin Rusiya şəhəri, yoxsa Ukrayna şəhəri olması ilə bağlı qərar qəbul edirik”, deyə Merfi deyib.

Senator respublikaçı konqresdəki həmkarlarını Ukrayna cəbhəsindəki vəziyyəti kifayət qədər ciddi qəbul etməməkdə ittiham edib. Mörfinin sözlərinə görə, onları Ukraynanın bir ildən sonra mövcud olacağı və ya Rusiyanın nəzarətinə keçəcəyi qətiyyən maraqlandırmır.

Bundan əvvəl Mörfi respublikaçıların siyasi oyunları ucbatından ABŞ-ın çox yaxında Ukraynanı taleyin ümidinə buraxacağını bildirmişdi. Onun fikrincə, Ukraynaya sponsorluq etməkdən imtina Avropada silahlı münaqişəyə səbəb ola bilər.

Bu arada, Politico qəzeti mənbələrə istinadən yazıb ki, Amerikanın hava hücumundan müdafiə radarları Kiyevin bu qış döyüşləri davam etdirməli olduğu hərbi texnika siyahısında yüksək yer tutur:

“Havadan müdafiə avadanlığı Ukraynanın qış aylarında müttəfiqlərindən ehtiyac duyduğu avadanlıq siyahısında birinci yerdədir. Xüsusilə, Kiyev ballistik raketləri, aşağı sürətli pilotsuz uçuş aparatlarını, stasionar və dönər qanadlı təyyarələri izləmək üçün nəzərdə tutulmuş qısa mənzilli Sentinel radarlarını axtarır”.

AN/MPQ-64 Sentinel radarları düşmən hədəflərinin yeri haqqında qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə siqnal vermək üçün istifadə olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay