Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb...
"Report"un Qərb bürosunun məlumatına görə, "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurban Alıyev, onun qardaşı Elçin Alıyev və əmisi oğlu, 1994-cü il təvəllüdlü İlkin Alıyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan E.Alıyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info