Şənbə, 15 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səmərqənddə beynəlxalq konqres keçirilir

Bu gün Özbəkistanın Səmərqənd şəhərində “Özbəkistanın mədəni irsi – yeni intibahın təməli” mövzusunda VI beynəlxalq konqres öz işinə başlayıb.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, konqresin açılışında Özbəkistanın turizm və mədəni irs naziri Əziz Abduhakimov videoformatda tədbir iştirakçılarını salamlayıb.

Tədbirin məqsədi Mərkəzi Asiya mədəniyyətini öyrənən beynəlxalq elmi ictimaiyyəti birləşdirmək, Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Dünya Birliyinin ötən bir ildəki işini təqdim etmək və beynəlxalq fəaliyyətin yeni istiqamətlərini işləyib hazırlamaqdır.

Konqresin işində 250-dən çox dünya şöhrətli şərqşünas iştirak edir. Onlardan 33-ü təşkilat direktoru, 6-sı beynəlxalq təşkilatların nümayəndəsi, 7-si qurum prezidenti, 13-ü akademik, 22-si professor, 18-i elmlər doktoru, 6-sı elmlər namizədidir.

Konqresin mərkəzi tədbiri ömrünü Özbəkistanın mədəni irsinin öyrənilməsinə həsr etmiş alimlərin davamlı, mürəkkəb fəaliyyəti nəticəsində “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” seriyasından 10 yeni kitab-albomun (51-60 cild) təqdimatı olacaq.

Konqres çərçivəsində həmçinin xarici dövlətlərin Özbəkistandakı səfirliklərinə “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” seriyasından kitab-albomların alınması üçün sertifikatların təqdim edilməsi mərasimi də keçiriləcək.

Konqresin elmi hissəsi zəngin və məzmunlu olacaq. “Özbəkistanın mədəni irsi müasir elmin diqqət mərkəzində” beynəlxalq elmi konfransın, “Xalqları birləşdirən irs: Mərkəzi Asiya və Azərbaycan”, “Dünya Birliyinin fəaliyyətinin yeni istiqamətləri: planlar və perspektivlər”, “Milli muzeylər və kolleksiyalar Dünya Birliyinin diqqət mərkəzində” dəyirmi masalarının keçirilməsi planlaşdırılır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəzifəli şəxs icra başçısının xidməti otağında ona külli miqdarda pul veribmiş 

Azərbaycana Belarusdan kiloqramı 5,4 manata pomidor gətirilib – Marketlərdə satılmır

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib

Putin Ukraynada döyüşən Rusiya hərbçilərinin sayını açıqlayıb

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

39 illik ömrü tarixə yazılan Çe Qevaranın bilinməyənləri: SSRİ onu niyə məyus etdi?

Sabunçuda 18 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib

AVRO-2024: Turnirin ilk oyununda iki qol vurulub - Yenilənib

Ən çox oxunanalar