Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin qətlə yetirilən arvadının ailəsi fəryad etdi - Video

44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib...

Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib.

Ləman Qurbanovanın ailəsi təfərrüatı Baku TV-yə danışıb.

“Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü”, - deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.

L.Qurbanovanın xalası Firudə Rəşidovanın sözlərinə görə, Ləmanın qətli öncədən planlaşdırılıb:
“Ləmana telefon işlətməyə icazə vermirdilər. Bir ayın içində tələ qurmaq üçün ona telefon aldılar. “TikTok” yüklədiyini bəhanə edib onu öldürdülər”.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin olunub.

Qeyd edək ki, hadisə 2023-cü il mayın 13-də Xızının Giləzi qəsəbəsində baş verib. Taleh Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar