Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid jurnalistlərin ailələri ziyarət olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşları Milli Mətbuat Günü münasibəti ilə şəhid jurnalistlərin ailə üzvlərini ziyarət ediblər.

“Report” xəbər verir ki, SHXÇDX-nin rəis müavini general-leytenant Mayıl Şahverdiyev və xidmətin bir qrup əməkdaşları I Qarabağ müharibəsi şəhidi, jurnalist Kazımağa Kərimovun vaxtilə yaşadığı evə gələrək onun ailə üzvlərinə baş çəkiblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə və SHXÇDX-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə bildirilib ki, K.Kərimov 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. Jurnalist peşəsinə bağlı olan K.Kərimov bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışıb.

K.Kərimov ermənilərin Azərbaycan ərazilərinə təcavüzü ilə başlayan I Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanır. Döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdi. Qısa müddətdə batalyonlardan birinə komandir müavini təyin olunan K.Kərimov Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə erməni terrorçularına sarsıdıcı zərbələr endirib və onlara komandiri olduğu bölüklə birlikdə ağır itkilər verərək geri oturdub. O, 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalıb.

***

SHXÇDX-nin rəis müavini general-leytenant Zaur Abdullayev, Xidmətin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Nicat Həsənov və digər rəsmi şəxslər şəhid jurnalist Məhərrəm İbrahimovun vaxtilə yaşadığı evə gələrək ailə üzvlərinə baş çəkiblər.
Şəhidin büstü önünə tər-gül dəstələri düzülüb və ruhuna dərin ehtiramalrını ifadə ediblər.

General-leytenant Z.Abdullayev və Xidmətin digər əməkdaşları şəhidin ailə üzvləri ilə birgə Məhərrəm İbrahimov barədə xatirələrini bölüşüb, onun qısa, lakin mənalı ömür yolunu bir daha nəzərdən keçiriblər.

General-leytenant Z.Abdullayev 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etməsinin hərb tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.

O, əlavə edib ki, hərbi əməliyyatlar zamanı media nümayəndələrinin döyüş bölgələrindən reportajlar hazırlamalarının, beynəlxalq aləmə erməni terrorizminin mahiyyətini çatdırmalarının informasiya savaşında ölkəmizin mövqelərinin güclənməsinə töhfə verdiyini bildirib: “Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam olunmuş Məhərrəm düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayırdı. Müharibədən sonra isə onun sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. O, çəkiliş qrupunun tərkibində kəndbəkənd, ev-ev gəzərək Ermənistan silahlı dəstələrinin işğal altındakı ərazilərdə törətdikləri vəhşilikləri qeydə alırdı”.

Şəhidin qardaşı Əsgər İbrahimov göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edib.

Ə.İbrahimov bildirib ki, ilk gündən bu diqqət və qayğını hiss ediblər: “Çox sağ olsunlar. Məhərrəmin ailə üzvləri və övladları böyük diqqət və qayğı ilə əhatə olunublar. Məhərrəm çox məsuliyyətli, çalışdığı yerdə rəhbərliyin göstəriş və tapşırıqlarını hər zaman vaxtında və dəqiq yerinə yetirib. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olub, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edib, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb”.

Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Məhərrəm İbrahimovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Ötən ilin iyulun 22-də - Milli Mətbuat günündə Prezident İlham Əliyev şəhid jurnalistlərin - M.İbrahimovun və S.Abışovun ailələrinə mənzillər hədiyyə edib.

Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib.

***

Milli Mətbuat Günü munasibəti ilə SHXÇDX-nin yüksək rütbəli hərbçiləri və Xidmətin bir qrup əməkdaşı şəhid jurnalist Sirac Abışovun ailə üzvlərini ziyarət ediblər.

Görüşdə iştirak edənlər ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, dövlətimizin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün gördüyü tədbirlərdən danışıb, Sirac Abışov barədə xatirələrini bölüşüblər.

Şəhidin atası Abış Abışov və qardaşı Şirzad Səmədov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində 2021-ci il iyunun 4-də minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Sirac Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay