Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Sədərək” və “Binə” hakimiyyətə əzələ nümayiş etdirir?!“ - Aslan İsmayılovdan şok açıqlama

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah dünən ölkə ərazisindəki iri ticarət mərkəzləri və "Mall"ların fəaliyətini 1 ay müddətinə dayandırıldı

Bu qərarla bütün ölkə ictimaiyyətinin diqqəti “Sədərək” və “Binə” ticarət mərkəzlərinə yönəldi. Ticarət mərkəzlərinin fəaliyyətini hələ də davam etdirməsi cəmiyyətdə birmənalı qarşılanmır. Hər təbəqədən bu məsələyə etirazlar var. Daim aktual mövzulara toxunan hüquqşünas Aslan İsmayılov da bu barədə fikirlərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, hüquqşünas ticarət mərkəzlərinin fəaliyyətini davam etdirməsini sərt şəkildə tənqid edib:

“Bu dəqiqələrdə mənə daxil olan və özümün də yoxladığım məlumatlara görə Azərbaycanın ən böyük ticarət mərkəzləri sayılan "Sədərək" və "Binə" ticarət mərkəzləri işlərini dayandırmayıb. Bu ticarət mərkəzlərinin başında duran kimlərdir?! Yoxsa yenə "Dövlət içində olan Dövlət" Azərbaycan Hakimiyyətinin qəbul etdiyi qərarları icra etmir, Hakimiyyətə əzələ nümayiş etdirir?!

Bu gün orada ticarətlə məşğul olanlar təhlükəni anlasalar da, icarə haqlarının dayandırılmadığına görə təhlükəni gözə alıb məcburiyyətdən işlərini davam etdirirlər. Yenə deyirəm, burada kimlərinsə çörəyinə bais olmaqdan söhbət getmir. Söhbət hamımızın sağlamlığından, ölüm-dirim məsələsindən gedir. Hesab edirəm ki, dövlət rəsmiləri Koronavirusla mübarizə Fonduna ayrılan vəsaitdən ticarət mərkəzlərinin yükünə yardım etməli, bu yerlərin narazılıq olmadan bir müddətlik bağlanmasını təmin etməlidilər. Əks halda Azərbaycanın Vuhanı (Çində virusun ilk yayıldığı şəhər) elə həmin ticarət mərkəzləri olacaq”.

Aslan İsmayılov Gürcüstanda bu mənada görülən tədbirləri misal çəkərək sözlərinə belə davam edib: “Bir məqamı da diqqətinizə çatdırım ki, dünən Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda 1 qadında koronavirus aşkar edildiyinə görə bütün rayon mühasiyərə alınaraq giriş-çıxış qadağan olunub, həmin qadının bu müddət ərzində ünsiyyətdə olduğu insanların müəyyən edilməsinə başlanılıb. Həmin qadını isə bu virusa Azərbaycandan gələn bacısı yoluxdurub. Bizdə isə Bakıda virus daşıyıcılarının bu qədər sayına baxmayaraq, işçilərinin sayı 30 mindən artıq olduğu ticarət mərkəzləri (hələ ora alış-veriş üçün gedənləri demirəm) rəsmi qərardan sonra hələ də fəaliyyətlərini davam etdirirlər.

Ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bir ay müddətinə dayandırılmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar