Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib



Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunur


Rayon icra hakimiyyətindən PİA.AZ-a verilən məlumata görə, rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif toplantılar təşkil olunur.

Xatirə tədbirləri çərçivəsində Səbail rayon İcra Hakimiyyəti tərəfindən Bülbül adına orta-ixtisas musiqi məktəbində görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş tədbir və məktəbin şagirdlərinin ifasında konsert proqramı təşkil olunub. Tədbirdə Səbail rayon rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak ediblər.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, tibb elminin inkişafına mühüm töhfələr verən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə insan müalicə olunub. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə xanım Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Bildirilib ki, görkəmli alim bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan, fəal ictimai xadim idi. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.

Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə qonaqlar qarşısında çıxış ediblər. Direktor məktəbə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Ən çox oxunanalar