Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel xarici səfərlərə həddən artıq pul xərcləməkdə ittiham olunub...
Avropa Şurasının sədri Şarl Mişel xarici səfərləri üçün xərcləri əhəmiyyətli dərəcədə artırıb.
Poliqon xəbər verir ki, Fransanın Le Monde qəzeti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli xarici səfərlərə çox pul xərcləməkdə ittiham edib.
“Le Monde araşdırması Avropa liderinin xərclərinin əhəmiyyətli dərəcədə artdığını, həmçinin karbon emissiyaları baxımından bahalı və zərərli olan şəxsi təyyarələrdən aktiv istifadə etməsini üzə çıxarıb”, deyə qəzet Avropa İttifaqı Şurasının Prezidentinə qarşı ittiham səsləndirib.
Qeyd olunur ki, anti-covid məhdudiyyətləri aradan qaldırıldıqdan sonra Mişel müxtəlif şəhərlərə, o cümlədən Nyu York, Pekin, Pnompen, Yohannesburq, Doha və Tokioya səyahət edib. Soir nəşrinin məlumatına görə, gələn il Mişelin səyahət xərcləri daha 27,5 faiz artaraq 2,6 milyon avroya çatacaq. Qeyd olunur ki, bu rəqəm xarici səfərlər üçün yarım milyon avroya büdcələri olan sələflərinin xərclərindən dəfələrlə çoxdur.
Poliqon.info